Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkil: "Saakaşvilinin psixoloji yardıma ehtiyacı var"
Vəkil: "Saakaşvilinin psixoloji yardıma ehtiyacı var"

Qoridə hərbi hospitalda reabilitasiya keçən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin psixoloji yardıma ehtiyacı var.

"Report" xəbər verir ki, bu barədə siyasətçinin ukraynalı vəkili Yevgeni Hruşovets məlumat verib.

"Biz 15 saat ərzində onunla görüşməyə çalışdıq. Fərq göz qabağındadır. Bu, Ukraynada görüşdüyüm Mixail Saakaşvili deyil. Onun həqiqətən də psixoloji köməyə və tam tibbi yardıma ehtiyacı var", - vəkil qeyd edib.

Saakaşvilinin anası Giuli Alasaniya da oğlunu ziyarət etdikdən sonra onun səhhətinin pisləşməsi barədə məlumat verib:

"Onun depressiyaya düşdüyü görünür. Mixail bizim əvvəllər tanıdığımız kimi deyil".

Eyni zamanda, endokrinoloq Yelena Qiorqadze eks-prezidenti müayinə etdikdən sonra onun artıq yaxşılaşdığını bildirib. Endokrinoloqun sözlərinə görə, Saakaşvili beş dəqiqə ərzində xəstəxana dəhlizi ilə gəzə bilib.

Qeyd edək ki, Saakaşvili reabilitasiya olunmaq üçün noyabrın 20-də Qoridəki hərbi hospitala aparılıb. Əvvəllər o, aclıq aksiyası fonunda vəziyyətinin pisləşməsi ilə əlaqədar noyabrın 8-də həbsxana xəstəxanasında olub. Sabiq lider oktyabrın 1-də həbs olunduqdan sonra özünü siyasi məhbus hesab etdiyi üçün yeməkdən imtina etdiyini açıqlayıb. Son illərdə o, Ukraynada yaşayıb və bu ölkənin vətəndaşlığına malikdir. Saakaşvili bələdiyyə seçkilərinin birinci turuna az qalmış Gürcüstana qayıdıb, bundan sonra ölkədə iki cinayət işi üzrə ona qarşı qiyabi hökmlər çıxarıldığı üçün həbs edilib. Birincidə o, üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib.

Eks-prezident 2013-cü ildə ölkəni tərk etdikdən sonra ona qarşı ümumilikdə 4 cinayət işi qaldırılıb. Oktyabrın 20-də Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub.

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »