Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Taliban" ABŞ tərəfindən tanınmasını istəyir
"Taliban" ABŞ tərəfindən tanınmasını istəyir

"Taliban" Qətərin paytaxtı Dohadakı danışıqlarda ABŞ-la qrupun yaratdığı hakimiyyətin tanınması,  dondurulmuş aktivləri və Əfqanıstanın bərpasında dövlətlərin iştirakını müzakirə etmək istəyir.

Bizimyol.info xəbər verir ki, bunu "RİA Novosti"yə Taliban sözçüsü Suheil Şahin bildirib.

"Biz Amerika ilə müsbət münasibət qurmağa açığıq. Onlar Əfqanıstanın yenidən qurulmasında iştirak edə, ölkəmizə sərmayə qoya, Əfqanıstan Mərkəzi Bankının ehtiyatlarını bərpa edə, "İslami Hökümət"i tanıya bilərlər. Çünki bu, əlaqələr və onların ölkəyə sərmayə qoyması üçün vacibdir. Bunlar müzakirə olunacaq mövzulardır", - deyə Şahin bildirib.

O xatırladıb ki, sanksiyalar və aktivlərin dondurulması ölkədə humanitar vəziyyətin pisləşməsinə gətirib çıxarır, insanlara mənfi təsir göstərir.

Avqustun əvvəlində "Taliban" yaraqlıları ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması fonunda hökumət qüvvələrinin mövqelərinə qarşı hücuma keçib və avqustun 15-də ölkənin paytaxtı Kabil şəhərinə daxil olublar.

Bundan sonra Vaşinqton ABŞ-da yerləşən Əfqanıstan Mərkəzi Bankının milyardlarla dollarını dondurmaq qərarına gəlib.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da silahlıların insan haqlarını pozduğunu əsas gətirərək, yeni İslam respublikasının hakimiyyət orqanlarına maliyyə yardımını əngəlləyib.

Bizimyol.info

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »