Prezident İlham Əliyev Musa İsa oğlu Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, M.Quliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub.
Qeyd edək ki, noyabrın 25-də Milli Məclisin deputatı, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, Musa Quliyevin 60 yaşı tamam olur.