Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə tam qapanma rejiminə keçib
Daha bir ölkə tam qapanma rejiminə keçib

Artan "COVID-19"a yoluxmalar səbəbindən tam qapanan Avstriyadan sonra Slovakiya da küçəyə çıxmaq qadağası tətbiq etməyə hazırlaşır.

Bizimyol.info "CNNtürkə"istinadən xəbər verir ki, son vaxtlar ölkədə yoluxmaların sayında rekord artım qeydə alınıb. 5,5 milyon əhalisi olan Slovakiya artıq əhali nisbətinə görə ən çox xəstələnən ölkə olub. Slovakiyada son 24 saat ərzində 10 mindən çox yeni koronavirusa yoluxma halı aşkarlanıb, epidemiya səbəbindən 71 nəfər ölüb.

Son artımından sonra Slovakiya səlahiyyətliləri, tam qapanma tədbirlərinə qayıtmaqdan başqa seçimlərinin olmadığını söyləyiblər. Slovakiya əhalisinin yalnız 45 faizi peyvənd olunub. Ölkə Avropada "COVID-19" peyvəndini ən az tətbiq edən ölkələrdən biridir. Səhiyyə Nazirliyi xəstəxanaların kritik doluluq səviyyəsinə çatdığını və keçən il müşahidə edilən maksimum doluluq səviyyəsinə yaxınlaşdığını açıqlayıb. Xəstəxanaya yerləşdirilən xəstələrin demək olar ki, hamısının peyvənd olunmadığı bildirilib.

Slovakiyada hökumətin məsələ ilə bağlı bugünkü sammitdən sonra iki həftəlik tam fəaliyyətini dayandıracağını elan edəcəyi gözlənilir. Son günlərdə, Avropa qitəsi yenidən epidemiyanın mərkəzinə çevrilməyə başladığında, Avstriya bazar ertəsi günündən etibarən ən azı 10 günlük tam təcridin tətbiqinə başlayıb.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »