Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əl və ayaqların üşüməsi hansı xəstəliklərin əlaməti ola bilər...
Əl və ayaqların üşüməsi hansı xəstəliklərin əlaməti ola bilər...

Qışda əl və ayağın üşüməsi normaldır. Ancaq havanın soyuq olmamasına rəğmən ayaqlarınız isinmirsə, artıq bu hansısa xəstəliyin əlamətidir. Əl və ayaqlarda müşahidə edilən üşümələrin əsas səbəbi, qan dövranın pozulmasıdır. Bu üzvlərə gedən nazik qan damarları daraldığı zaman, qan axışınız fərqli səbəblərlə bədənin tələb etdiyi kimi bədənə yayılmadığı təqdirdə əl və ayaqlar üşüyür. Ancaq əl və ayağın hər zaman soyuq olması fərqli xəstəliklərin xəbərçisi də ola bilər.

Əl və ayaqların üşüməsinə periferik nevropatiya, periferik arter xəstəliyi, hipotiroidizm, raynaud xəstəliyi, anemiya buerger xəstəliyi, yüksək xolesterol və s. xəstəliklər səbəb ola bilər.

Periferik nevropatiya, diabetin fəsadıdır və ayaqlardakı sinirlərə zərər verir. Sinirlər zərər gördüyü üçün ayaqlarınıza toxunan zaman istiliyi hiss etsəniz belə, soyuqluğu hiss edərsiniz. Periferik nevropatiyaya diabetlə yanaşı kiçik yaralanmalar, normadan artıq alkoqollu içki qəbulu, vitamin çatışmazlığı, sümük iliyi pozuntusu, trioidin aktivliyinin aşağı olması və fərqli dərmanlar səbəb ola bilər.

Periferik arter xəstəliyi

Ayaqlarınızdakı qan axışını yavaşladır və hətta dayandıra bilər. Çox zaman diabetlə əlaqələndirilsə də, siqaret çəkmək, yüksək təzyiq, yüksək xolesterol və yaşın artması ilə, bir çox səbəblə ortaya çıxan qan dövranı pozulması nəticəsində ayaqlarda ağrı və üşümə ortaya çıxa bilər.

Hipotiroidizm

Hipotiroidizm tiroidlərin yetərli qədər işləmdəyini ifadə edir. Trioidlər boynunuzda olan kəpənək formasında olan vəzlərdir və bütün orqanizmə təsir edən hormonlar istehsal edirlər. Yetərli qədər çalışa bilməyən triod vəzləri yetərli qədər hormon ifraz edə bilmədiyi üçün əl və ayaq üşümələri meydana gələ bilər.

Qan dövranını pozan Raynaud xəstəliyi

Raynaud fenomeni olaraq da adlandırılan Raynaud xəstəliyi, ürəkdən başlayaraq bədənin digər hissələrinə qan daşıyan arteriyalarda bir problemin yaranmasıdır. Əl və ayaqlarınızda, burun, dodaq, qulaq və süd vəzilərinin ucunda üşümə hiss edə bilərsiniz. Çünki qan, yaxşı dövran etmir.

Raynaud xəstəliyi, adətən soyuq iqlimlərdə yaşayan şəxslərdə müşahidə edilir və daha çox qadınlara təsir edir. Əl və ayaqlarda qan axışı sağlam şəkildə davam etmədiyi üçün, solğun mavi rəng ala bilər və isindiyi zaman ağrılar müşahidə edilə bilər. Bu xəstəliyə səbəb olan onlarla fərqli vəziyyət və dərman var.

Qan azlığı – anemiya

Anemiya, bir qan xəstəliyidir. Bədəninizdə yetərli qan hüceyrəsi olmadığı və ağciyərlərinizin oksigen alacaq qədər sağlam olmadığı mənasını verir. Nəticədə qan axışı sağlam şəkildə olmadığı üçün, əl və ayaqlarınız üşüyəcəkdir.

Anemiya, fərqli xəstəliklərin xəbərçisi ola bilər.

Siqaret istifadəçisi səbəbilə ortaya çıxan Buerger xəstəliyi

Raynaud xəstəliyi, birbaşa tütün qəbulu ikə ortaya çıxan bir xəstəlikdir. Tütün istifadə edən şəxslərdə əl və ayaq damarları şişir. Bu vəziyyət qan axışını yavaşladır, qan laxtalanması və infeksiyaya səbəb olur.

Adətən 45 yaşından kiçik kişilərdə müşahidə edilən xəstəlik, tütün istifadəsi buraxıldıqdan sonra sağala bilər.

Yüksək xolesterol

Yüksək xolesterol, özü xəstəlik olmaqla yanaşı, başqa xəstəliklərə də səbəb ola bilir. Yüksək xolesterol nəticəsində damarlara xolesterol və iltihab yığılır. Bu da damarları daraltdığı üçün qan axışı pozulur. Nəticədə əl və ayaqlar üşüyür.

Əl və ayaq üşüyən zaman nə etmək lazımdır?

  • Qalın corab və əlcək geyinin.
  • Əl və ayaqlarınızı irəli doğru uzadaraq hərəkət etdirin.
  • Tütün məhsullarından istifadə etməyin.
  • Xolesterolunuzu nəzarət altına alacaq pəhrizə başlayın.
  • Stresinizi nəzarət altına alın.
  • Dəmir, B12 vitamini və folat qəbul edin.

Həkimə nə zaman müraciət etməli?

Daha əvvəl də bəhs etdiyimiz kimi, əl və ayaqların üşüməsi normaldır. Və müxtəlif üsullarla onları isidə bilərsiniz. Ancaq bəzən bu orqanların hər zaman soyuq olması, xəstəlik xəbərçisi ola bilər.

  • Xroniki olaraq bəzi əlamətlər varsa,
  • Əlləriniz və ayaqlarınızda yaranan yaralar sağalmırsa,
  • Tükənmişlik hiss edirsinizsə,
  • Çəkiniz artır və azalırsa,
  • Hərarətiniz varsa,
  • Əllərinizdə və ayaqlarınızda əzələ ağrıları varsa,
  • Dəriniz həddən artıq qızarırsa,
  • Dərinizdə qalınlaşma hiss edirsinizsə, həkimə müraciət edin.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »