Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə kişilər qadınlardan daha az yaşayır...
Niyə kişilər qadınlardan daha az yaşayır...

Kişilərin qadınlara nisbətən daha az yaşaması sirr deyil. Dünyanın uzunömürlüləri siyahısında ilk 20-likdə kişi adına rast gəlmək olmur. Ən azı 85 il ömür sürmüş şəxslərin 67 faizi qadındır. Görəsən niyə kişilər qadınlardan daha az yaşayır?

Bizimyol.info xəbər verir ki, mütəxəssislər kişilərə uzun yaşamağa daha çox vərdişlərinin və genlərinin yaratdığı problemlərin imkan vermədiyini düşünür. İsveçdə 1800-cü ilə qədər yaşamış xeyli insanın göstəricisinə nəzər yetiriblər. Məlum olub ki, həmin dövrədək qadınlar orta hesabla 33, kişilər 31 il yaşayırmış. Kişilərin ömrünü daha rəngarəng həyat yaşamaq cəhdlərinin, müharibələrin, spirtli içkilərin və tütünün qısaltdığı qənaətinə gəliblər.

Mütəxəssislər bir məqama da xüsusi diqqət çəkir. Kişilərin alın payı qadınlarla müqayisədə daha gec inkişaf edir. Bu isə bir çox həyat hadisələrində özünü göstərir. Kişilər cinayət və intihar zamanı daha çox zərər görə bilir. Onlar qadınlara nisbətən etdikləri işin böyük zərər gətirəcəyini daha gec anlayır. Beləcə, xeyli böyük risk mühiti yaranır. Kişilərin həyatı daha çox təhlükə ilə üz-üzə qalır.

“Cleveland Clinic”in 500 kişinin iştirakı ilə keçirdiyi araşdırma da vacib məsələni ortaya çıxarıb. Kişilər həkimə daha az müraciət etməyə meyllidir. Həmin şəxslərin 60 faizi müayinədən keçməyi qətiyyən xoşlamır. Buna görə də ciddi xəstəlikdən xeyli gec xəbər tuturlar.

Bildiyimiz kimi, qadınlarla kişilər arasında xromosom fərqi var. Qadınlarda 2 X xromosomunun olması işə yarayır. Yəni DNT-də hər genin surətini tapmaq mümkündür. Hər hansı gen sıradan çıxarsa, onu əvəz edən tapılır. Bu boşluq kişilərin ömrünün azalmasına xidmət edir.

Qadınlar bütün həyatı boyu gənclik iksiri adlandırılan estrogendən istifadə edə bilir. Bu hormon bədəndə antioksidləşdirici funksiyasını yerinə yetirir. Yəni üzvi birləşmələrin oksidləşməsini ləngidir, sərbəst radikalları sıradan çıxarır. Bir növ bədən zərərli kimyəvi maddələrdən təmizlənir. Ürək-damar xəstəliklərinin olmaq ehtimalı azalır. Kişilər isə məhz bundan çox əziyyət çəkir. Çünki testosteron orqanizmdəki faydalı ola biləcək xolesterinin miqdarını azaldır.

Üstəlik, güclü cinsin nümayəndələri intihara daha meyllidir. Bunu da Nottingem Universitetinin araşdırması üzə çıxarıb. Kişilər intihar haqda düşünməyə başlayırsa, bunu uzun müddət özündən uzaqlaşdıra bilmir. Onlar psixoloji yardıma da çox ehtiyac duymurlar.

Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər