Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir daha Zəngəzur mübahisələri barədə...
Bir daha Zəngəzur mübahisələri barədə...

Özünü Sovet İttifaqının varisi elan edən Rusiya dağılmayıbsa, bu gün varsa, bizim 101 il əvvəl əlimizdən alınan haqqı geri qaytarmağa tarixi, hüquqi-siyasi əsaslarımız var!

Bu gün ən çox mübahisə doğuran məsələlərdən biri də bir çoxlarının ironiya ilə Əliyev isteblişmentinə ünvanladığı bu suallardır: "Bizə Zəngəzur lazımdırmı? Zəngəzur Ermənistanın legitim ərazisidirsə, niyə ora iddia edirik? Ölkəmizin içində Xankəndi, Xocalı, Xocavənd hələ də bizdə yox, ermənilərdədirsə, nə düşmüşük bu Zəngəzurun üstünə?" və s. və ilaxir. Mənim də bu məsələ ilə bağlı, yeri gəldikcə tez-tez şərhlərdə xatırlatdığım öz "betondeşən" arqumentlərim var, onu burada da bölüşməyi vacib hesab etdim.

Məsələ Ermənistanın nə vaxtsa BMT-yə göndərmiş olduğu xəritədən gedirsə və gerçək, son 30 ildə Google-da da yayımlanan bu xəritələrə istinad etməkdirsə, bu günə qədər o cür xəritələr dünya tarixində baş vermiş müəyyən yanlışlıqlardan dolayı çox dəyişib. Elə son 30 ildə beynəlxalq hüququn beşiyi olan Avropanın özündə xəritələr, ciddi tarixi, hüquqi-siyasi əsaslandırmalar sonucu dəfələrlə dəyişib. Əlbəttə, heç bir xalq, dövlət artıq başqasının hesab olunmuş torpaqlara göz dikməməlidir, onlara iddia etməməlidir, bu, aksiomadır. Ancaq unutmayaq ki, qarşımızdakılar xoşməramlı, çiçək niyyətli Skandinaviya xalqları deyil, hələ də heç bir tarixi, hüquqi-siyasi əsasları olmadan torpaqlarımıza, suveren ərazilərimizə iddia edən, biz azərbaycanlılara və türk qövmünə qarşı patoloji nifrətlə ayaqda tutulan şovinist ermənilərdən, daşnaklardan gedir söhbət.

Unutmayaq ki, zar-zor, istəsək də, istəməsək də Azərbaycan Cümhuriyyəti hələ 20-ci əsrin əvvllərində bir dövlət şəklində Sovet İttifaqına daxil olarkən, rəsmi sahəsi 114 min km2 idi və düz 101 il əvvəl xalq referendumu keçirilmədən, o zamankı Azərbaycan rəhbərliyinə terror da daxil olmazın təzyiqlər etməklə qanunsuz şəkildə Qərbi Zəngəzur zorən Azərbaycandan qoparılaraq "Ermənistan" adlı əraziyə birləşdirilib. Bəli, bu, həm də hansı kövrək arqumentlərlə əsaslandırmalarından asılı olmayaraq, 1991-ci ildə Müstəqillik Aktını imzalayan azərbaycanlıların səhvi idi ki, hələ təzəcə, üç il əvvəl indiki Ermənistan ərazisindən 280 minə yaxın didərgin düşmüş soydaşları azərbaycanlılara rəğmən, BMT-yə dövlət xəritəmizi göndərəndə yarımçıq (yəni, Qərbi Zəngəzur göstərilmədən, halbuki, müstəqillik aktı imzalanarkən və sonralar konstitusiya qəbul olunarkən yazmışıq ki, 1918-ci ildə qurulan ADR-in varisiyik) göndəriblər.

Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan müstəqilliklərini bərpa etdikdən (1990-1991) sonra öz aralarında "...dəqiq sərhədlər haradan başlayır harada bitir" mübahisəsini nöqtələməyə fürsət tapmadığından, indi istənilən mövcud xəritə heç bir halda legitim sayıla bilməz, hətta deyək ki, beynəlxalq ictimaiyyətin alt şüurunda Ermənistanın xəritəsinin bir fotosu oturubsa belə. BMT-yə xəritə göndərməklə deyil ki.!! Belə götürəndə, cənubi azərbaycanlılar da, müstəqil dövləti olmasını istəyən bir çox başqa xalqlar da BMT-yə xəritə göndəriblər, hə, nə olsun ki?!

Məsələnin başqa mübahisəli tərəfi də var. Məlumdur ki, Rusiya Federasiyası rəsmən elan edib ki, keçmişdə qalan Sovet İttifaqının varisidir, hətta himnini belə özününküləşdirib, SSR-də nə baş veribsə, nə olubsa ona hüquqi olaraq sahiblənib. Deməli, rəsmi Moskvanın çox elə keçmiş olmayan tarixi gedişatda nə baş veribsə hər birini aydınlaşdırmaq üçün hüquqi-siyasi əsasları olduğu kimi, bizim üçün də tarixi ədaləti bərpa etməkdən ötrü bir fürsətimiz var. O zaman Azərbaycan dövləti proseslərə guya ədalətli moderatorluq etdiyini iddia edən rəsmi Kreml qarşısında məsələ qaldırmalı, 101 il əvvəlin bütün məlumatları, arxiv sənədləri yenidən açılmalı, o vaxt baş vermiş bu bölücülük aktına, etnik təmizləmələrə, qanundankənar köçlərə hüquqi-siyasi qiymət verməlidir, əgər Azərbaycan və Ermənistan arasında bu gün delimitasiya-demarkasiya işində məhz SSSR xəritələri baza götürülürsə.

Paralel olaraq, çox uzaq tarix olmayan, 1988-ci ildə Ermənistan ərazisindən insan haqlarına və bütün bəşəri konvensiyalara hayqırı olan davranışlara - azərbaycanlıların öz tarixi, dədə-baba yurdlarından terrora və soyqırıma məruz qoyularaq didərgin salınmalarına, ermənilər tərəfindən etnik təmizləməyə məruz qoyulmalarına da rəsmi Moskva, qoy, tarixi, hüquqi-siyasi qiymət versin! Fakt bu ki, ruslar da yaşayır, azərbaycanlılar da, ermənilər də, belədə bu tarixi faktlar öz həqiqi qiymətini almalıdır. Məhz bu iki hadisəyə hüquqi-siyasi qiymət verildikdən sonra indiki Ermənistan respublikasının dəqiq sərhədləri barədə dolğun, səhih fikir ortaya çıxacaqdır. Bu günü həll etmək üçün mütləq dünəndə qalan yarımçıq anlaşmazlıqlar çözülməlidir.

Necə olur ki, baş verməsi şübhələrlə dolu olan qondarma "erməni soyqırımı"nı həqiqət kimi bütün dünyaya sırıya bilir ermənilər, hətta qardaş Türkiyəyə qarşı fərqli dövlətlərə, quruluşlara, formasiyalara hüquqi sənədlər imzalatdıra bilirlər, ancaq biz AZƏRBAYCANLILAR 101 il və 33 il əvvəl baş vermiş tarixi sənədli-sübutları olan faktların iddiasını qaldırmamalıyıq? Hər zaman barışan, vaz keçən, yola verən tərəf bizmi olmalıyıq? Bu əzilmişlik sindromundan qurtulmaq üçün bir çıxış nöqtəmiz olmalıdır axı. Bilin və agah olun ki, Zəngəzur söhbətləri, mübahisələri elə məhz bu çıxış nöqtəmizdir.

Əslində də, bir çox məsələlərdə müxalif olduğum Əliyev isteblişmentinin Zəngəzur dirəncinin ən ağlabatan əsası Qarabağdakı ermənilərin status tamahkarlığına son qoymaq üçün siyasi təzyiq vasitəsidir ki, Ermənistan Qarabağ iddialarından (qondarma "Arsax respublikası" xülyalarından) əl çəksin. Əl çəkməyəcəksə, qarşısında hər zaman bir Qərbi Zəngəzur problematikası dayanacaq. Anlasın ki, necə ki, onlar Azərbaycanın suveren ərazisini beynəlxalq müstəvidə mübahisələndiriblər, eləcə də biz hüquqi-siyasi haqqımız olan (hətta 101 il keçməsinə baxmayaraq, çünki SSSR-in hüquqi-siyasi varisi Rusiya dağılmayıb, yerindədir) Qərbi Zəngəzur məsələsini hər an beynəlxalq miqyasda mübahisələndirə bilə, Ermənistan ərazisindən əsassız qovulmuş, etnik təmizləməyə məruz qalmış yarımmilyon insanla bağlı problemi gündəmə gətirə bilərik. Bu gün müqavilələr, konvensiyalar, beynəlxalq hüquqi paktlar var ki, 100-150 il qüvvədə olur, elə tarixi-hüquqi yanlışlıqlar, hadisələr də var ki, 70-100-200 il sonra düzəldilir. Misallar çoxdur, "Vikipedia"dan tapıb incələyə bilərsiniz, uzatmağa lüzum görmürəm..

Bəli, kimsə başqalarınınkı kimi təsbit olunanlara göz dikməməli, iddia irəli sürməməlidir, sənin deyilsə barışmaq zorundasan, ancaq yalnız o vaxt ki, gerçəkdən onun olduğu tam mənası ilə isbat edilsin. Ermənistan və ermənilər adına hələ bu işdə suallar çoxdur, Əfəndilər..

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

AY Partiya başqan müavini Rəşad Bakuvi

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
Son xəbərlər
Bütün xəbərlər »