Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MAQATE-nin baş direktoru İranla danışıqları səmərəsiz adlandırır
MAQATE-nin baş direktoru İranla danışıqları səmərəsiz adlandırır

MAQATE-nin baş direktoru Rafael Qrossi Tehrana növbəti səfəri zamanı İran nümayəndələri ilə danışıqları səmərəsiz adlandırıb.

Bizimyol.info xəbər verir ki, "RİA Novosti"nin verdiyi məlumata görə, Qrossinin Tehrana iki günlük səfəri çərşənbə axşamı axşam başa çatıb.

"2021-ci il noyabrın 23-də Tehranda İranın vitse-prezidenti, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami və İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahianla görüşlərim oldu. Bütün səylərimə baxmayaraq, bu geniş danışıqlar və İranın zəmanətləri üzrə gecikdirilən məsələlərin həlli üçün aparılan müzakirələr nəticə vermədi”, - deyə Qrossi MAQATE-nin Rəhbərlər Şurasına müraciət edərək bildirib.

MAQATE-nin Rəhbərlər Şurasının noyabr sessiyası çərşənbə günü açılıb. Avstriyada karantin səbəbindən virtual formatda keçirilir. Sessiyada əsas diqqət İranın nüvə proqramına yönəlib, lakin bununla bağlı hər hansı qərar gözlənilmir.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »