Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərə Baş naziri Boris Conson özünü çətin vəziyyətə salıb
İngiltərə Baş naziri Boris Conson özünü çətin vəziyyətə salıb

Baş naziri Boris Conson Britaniya Sənaye Konfederasiyasında çıxışı zamanı özünü çətin vəziyyətə salıb.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, o, çıxışına ara verərək bir müddət qarşısındakı kağızları qarışdırıb və mətnin oldiğu vərəqi axtararaq çıxışına qaldığı yerdən davam etdirməyə çalışıb. Laki vərəqlərin yerini dəyişdirdiyi üçün əvvəki mətni tapmaqda çətinlik çəkib. Consonun bu vəziyyəti beynəlxalq mətbuatda da müzakirə mövzusu olub.

Baş nazirin müavini Dominik Raab B.Consonun səhhəti ilə bağlı sualı cavablandırıb: “O, baş nazir formasındadır. Baş nazir qısa müddət ərzində harada qaldığını unudub. Bu günə qədər yüzlərlə çıxış edib. Bu insanların qaldıqları yerləri nadir hallarda unutmalarında qeyri-adi hal axtarmağa dəyməz”.

İngiltərə Baş Nazirinin dəftərxanasından verilən açıqlamada Consonun səhhətinin yaxşı olduğu bildirilib.

Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər