Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qışda avtomobil necə idarə olunmalıdır: Vacib qaydalar
Qışda avtomobil necə idarə olunmalıdır: Vacib qaydalar

Yollarda qəzalar daha çox payız-qış aylarında baş verir. Yağış və qar tutmuş yollarda hərəkət etmək, nəqliyyatın hərəkəti və piyadalar üçün də böyük risk daşıyır. Xüsusilə, qar yağdıqdan sonra davam edən şaxtalı hava, yolların buzla bağlanmasına səbəb olur.

Qarlı havada necə avtomobil idarə etməli?

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, qışda qəzalardan yayınmaq üçün öncə avtomobilə qış qulluğu edilməldir.

“Sürücülərin ən böyük səhvlərindən biri məsafə qaydalarına əməl etməməkdir. Qışda avtomobil idarə etdiyiniz zaman ara məsafənin gözlənilməməsi ən böyük təhlükələrdən biri hesab edilir. Normal şərtlərdə avtomobillər arasında təqib məsafəsi, avtomobilin sürətinin yarısına bərabər olmalıdır. Məsələn, saatda 60 kilometr sürətlə gedən sürücü qarşısında avtomobildən 35 metr ara məsafəsi saxlamalıdır. Bu məsafə qış aylarında daha çox vacibdir”.

Mütəxəssis bildirir ki, qış aylarında buzlu yollarda hərəkət edərkən ani və sərt hərəkətlərə yol vermək olmaz. Xüsusilə, ABS əyləc sistemi olmayan avtomobillərdə əyləcə yumşaq şəkildə basmaq lazımdır ki, təkərlər kilidə düşməsin.

Qarlı və buzlu havalarda yoxuş enərkən avtomobilin sürüşməsinin qarşısını almaq üçün əyləci azaldın. Müəyyən aralıqla yüngül şəkildə əyləcə basın. Avtomobilin arxası sürüşməyə başladısa, əyləci buraxıb sükanı avtomobilin arxasının getdiyi istiqamətə çevirin. Qarlı havalarda yoxuşu çıxarkən yaşanan ən böyük problem avtomobilin sürüşməsidir. Bu vəziyyətdə qaza basmaq olmaz. Avtomobili ən kiçik sürətdə sürməli, sürətin artırılması mərhələli şəkildə əyləci artırararaq olmalıdır.

Qışda avtomobilin şüşəsilənlərinin şüşəyə yapışması halı ilə tez-tez qarşılaşırıq. Bunun qarşısını almaq üçün, şüşə və siləcəklərin arasına karton parçası qoya bilərsiniz.

Qarda sürüşən avtomobillərin qarşısına keçmək üçün ən yaşxı yol ayağınızı qazdan çəkməkdir. Daha sonra isə, əyləci azacıq basmaq lazımdır. Sürüşkən yollarda əyləci basmayın.

“Qarlı və dumanlı havalrda yol kənarlarında olan işarələri izləyin. Çünki yol cizgiləri silinmiş ola bilər. Belə havalarda mümkün olduğu qədər ötmə əməliyyatı etməyə çalışmayın. Çünki belə havalarda görüş məsafəsi azalır və qarşıdan gələn avtomobili görməyə bilərsiniz. Ötmə əməliyyatı etmək istəyirsinizsə, işıq və səs siqnallarından istifadə edin. Havada güclü duman varsa, hava soyuq olsa belə, avtomobilin şüşələrini açın. Bu formada avtomobilin buğlanmasının qarşısını ala bilərsiniz”,- deyən ekspert qarlı günlərdə evdən daha az çıxmağı tövsiyə edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
››› Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
››› İlin sonunda bürcləri nə gözləyir...
››› Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
››› İTV-nin "şəhidin sevgilisi" təqdimatı saxta çıxıb: Hanı üzrxahlıq?..
››› Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...
››› Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Son xəbərlər
Bütün xəbərlər »