Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar

Türkiyənin coğrafi cəhətdən bəzi əraziləri araşdırılmamış olaraq qalır. Məsələn, siz Likiya və yaxud Lisiyanı tanıyırsınızmı?

Bu gün sizə "İşıq Ölkəsi"ndən danışacağıq. Həm tarixi, həm də təbii gözəllikləri ilə dünyanın qibtə etdiyi bir ərazi olan Likiya, yerli turistlərə nisbətən əcnəbi turistlər tərəfindən ziyarət edilir.

Lisiya adı ilə tanınan Likiya "İşıq Ölkəsi" deməkdir.  Hər nə qədər "İşıq Ölkəsi" populyar bir ad olsa da, "Günəşin Ölkəsi" olaraq bilinir.

Likiya xalqına likiyalılar və yaxud lukka olaraq xitab edilir. Likiyalılar, Anadolunun ən qədim Hind-Avropaəsilli xalqlarından biri olan Luvilərin dağılmasından sonra Ağdənizin Təkə ərazisində yenidən dövlət halına gələn azadlığı sevən bir xalq kimi tanınır. Rəsmi dilləri, Luvi dilidir. Bu dil, Hind dilinə bənzəyir. Paytaxtı Pataradır.

Paytaxt Patara Paytaxt Patara

Likiya tarixdə cumhuriyyəti mənimsəyən və ilk tətbiü edən dövlətdir. Dövlət dövründə Roma İmperatorluğuna bağlı bir federasiya halı almışdı. Belə ki, bu xüsusiyyətlərə görə, ABŞ Konstutsiyasına və ABŞ-ın təsisçilərindən olan Aleksandr Hamilton, Ceyms Madison və Con Ceyə də ilham qaynağı olmuşdu. Bununla yanaşı, Avropa Birliyinin atası, Likiya sayılır.

Noel Baba (Şaxta Baba) olduğu düşünülən və yaxud Noel Baba deyilsə belə, Noel Babanın təsirlədiyi şəxs olaraq qəbul edilən xristian inancının önəmli adlarından olan St. Nikolas, bütün ömrünü Likiyada keçirib. Buna görə də Likiya sərhədləri xristianlar üçün çox dəyərlidir. Hər il xristianlar kütləvi olaraq Likiyanı ziyarət edərlər.

Nikolas abidəsi Nikolas abidəsi

Likiya bu gün Antalyanın qərbi, Muğlanın cənubşərqi, Dənizli ilə Burdurun cənubunu əhatə edir. Dalaman çayı və Kəmər kimi turistik dəyəri yüksək bir çox ərazilər, Likiya sərhədləri daxilindədir. Likiyanın bu gün ən çox ziyarət edilən şəhəri, Olimpos şəhəridir. Olimpos, bu gün Antalyanın Kumluca rayonundadır.

1999-cu ildə Kate Clou tərəfindən Likiya yolu xidmətə başladılmışdır. Bu yol, Fəthiyədən başlayan və Antalyaya qədər davam edən bir gəzinti ərazisidir. Bu gün dünyanın 10 ən uzun gəzinti ərazilərindən biri hesab edilir. Likiya yolunda başlayan gəzinti, 25-45 günə başa çatır.

Yaşıl və mavi rəngləri ilə tanınan Likiya bölgəsi, bu günə qədər layiqincə qorunmuş bir ərazi deyil, amma bu gündən qorunmağa başlansa, gələcək nəsillər üçün cənnət diyarı yaratmış olarıq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »