Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan büdcəsinin uşaqpuluna niyə gücü çatmır...
Azərbaycan büdcəsinin uşaqpuluna niyə gücü çatmır...

BMT 2018-2021-ci il hesabatlarında Finlandiyanı dünyanın ən xoşbəxt ölkəsi elan edib. Bu gün Finlandiya vətəndaşlarına bir çox imkanlar yaradır. Bu imkanlardan biri də "Baby Box" Lahiyəsidir. Körpə Paketi və yaxud Ana Paketi olaraq da tanınan bu layihəni yaxından tanıdıqca, əslində bu layihənin bir qutudan çox olduğunu başa düşürük.

Finlandiyada "Baby Box" layihəsi, ilk dəfə 1938-ci ildən tətbiq edilməyə başlanılıb. Bu gün 83 ildir ki, davam edən bu dövlət layihəsi bir ənənə şəklini alıb. 83 ildir ki, doğuşdan öncə analara bi körpə qutusu hədiyyə edilir. Finlandiyadakı bu ənənə, bərabərliyin simvolu kimi də göstərilir. İnsanlar hələ ana bətnində ikən sevindirilir.

1938-ci ildə bu layihənin başlamasının bir neçə səbəbi vardı. Bu səbəblərdən biri də, o dövrdə 80 çöllük ərazi olan Finlandiyada doğuşların izlənilməməsi idi. İzlənilməyən doğuşlar Fin hökumətini narahat edirdi. Ancaq bu narahatlığın səbəbi sadəcə idarəsiz bir əhali artımı deyil, doğumlardakı ölüm səviyyəsi idi. O dövrdə anaların 80 faizi evdə doğuş həyata keçirir və körpələrin 6 faizi bir yaşı olmadan ölürdü. Bu ölümlərin səbəbini araşdıran dövlət, əksər ölümlərin sağlamlıq və gigiyenik səbəblərdən olduğunu müəyyən etdi. Bundan sonra dövlət, çarəni ailələrə minimum əmək haqqının 3/1-nə bərabər olan körpə qutularını göndərməkdə gördü. Analar da bunun sayəsində həm doğuşdan əvvəl, həm də doğuşdan sonra həkim müayinələrinə davamlı getməyə başladı. Körpələr isə, daha rahat həyata göz açdılar. Bunun sayəsində qısa bir zaman ərzində körpə ölümlərinin səviyyəsi azaldı. Zamanla körpə ölümləri aradan qalxsa da, Fin höküməti bu ənənəni davam etdirdi Çünki bu layihə sayəsində hər körpə dünyaya bərabər şərtlərdə göz açırdı. Varlı bir ailənin körpəsi ilə kasıb ailənin körpələri eyni geyimləri geyinir, eyni yataqda yatırdı. Bu da Fin körpələrinin bərabər olmasını təmin edirdi.

"Baby Box" haqqı əldə edə bilməyiniz üçün hamilə olmaq lazımdır. Hamiləlik, bir tibb müəssisəsi tərəfindən təsdiq edildikdən sonra Finlandiyanın analara özəl sağlamlıq sistemi olan Neuvolada qeydiyyatdan keçirsiniz. Bu sistemdə qeydiyyatdan keçən hər anaya bir tibb bacısı ayrılır və bu tibb bacısı həm ana, həm də körpə ilə uşaq 6 yaşına çatana qədər hər sahədə maraqlanır.

Neuvolada qeydiyyatdan keçdikdən sonra mütəmadi şəkildə müayinələrə gedirsiniz. Hamiləliyin beşinci ayında "Baby Box" haqqı əldə edirsiniz və Finlandiya Dövləti ünvanınıza "Baby Box" göndərir.

Baby Box əldə edə bilmək üçün Fin vətəndaşı olmaq və ya uzun illər Finlandiyada yaşamağınıza ehtiyac yoxdur. Finlandiyada yaşayan hər ksə bu haqqdan yararlana bilir.

Dünyada çox məşhur olan "Baby Box", Obama ailəsi və Britaniya Kraliyət ailəsinə də Finlandiya tərəfindən hədiyyə olaraq göndərilmişdi.

"Baby Box" qutusunda nələr var?

Xüsusilə qeyd edək ki, qutuda olan məhsullar anaların fikirləri və sağlamlıq işçilərinin tövsiyyəsi ilə yığılır. Məsələn, 2000-ci ilə qədər "Baby Box"-un içində əmziklər, 2000-ci ildə qutudan çıxarıldı. Əsas olaraq isə, körpə üçün ana südünün əhəmiyyətli olduğu vurğulandı.

Qutunun içində; qış üçün geyim, corab, əlcək, papaq, ağzı suyu silən, uşaq ədyalı, çox sayda uşaq geyimi, termometr, diş fırçası, ana üçün bez, süd vəzisi kremi, fırça, prezervativ, uşaq dırnaq qayçısı, uşaq köynəkləri, uşaq kitabları, uşaq dəsmalı, yataq örtükləri, pijama, fərqli uşaq şalvarları və s. var. Qutuda olan geyimlər həm qız, həm də oğlan uşaqları üçün nəzərdə tutulub.

Qutulardakı məhsullar dövlətə 9-11 milyon Avroya başa gəlir. Qutudakı əşyalar, uşağa 1 yaşına qədər çatacaq səviyyədə olur. Hətta bəzi məhsullardan çox istifadə etmək də mümkündür.

"Baby Box" o qədər populyarlaşmışdı ki, bəzi ölkələr də bunu sınamaq istədi. Ancaq heç bir ölkə davam etdirə bilmədi. ABŞ, Böyük Britaniya Argentina və Estoniya bu sınaqdan keçə bilmədi. "Baby Box" populyar olduğu üçün bəzi e-ticarət saytları Finlandiyada yaşamayan, ancaq "Baby Box" almaq istəyənlərə belə qutuları 250-600 avroya təqdim edir.

"Baby Box" layihəsi Azərbaycanda həyata keçirilə bilərmi?

Maraqlı sualdır, amma təəssüf ki, yox.

Qeyd edək ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat məbləğində müəyyənləşdirilib. Bu günlərdə də bu müavinət yenidən müzakirəyə çıxarılmışdı. Ancaq hələ ki, yekun qərar yoxdur. O, ki qaldı Azərbaycanda "Baby Box" layihəsinin icrasına bu layihə kifayət qədər vəsait tələb etdiyi üçün həyata keçirilməsi mümkünsüz görülür.

Yada salmaq laızmdır ki, sovet dövründə valideynlər hər uşağa görə, müəyyən qədər vəsait-uşaq pulu alırdı. Bu gün isə, təəssüf olsun ki, məsələnin müzakirəsinə ehtiyac belə yoxdur. Çünkü belə bir dəstəkdən faydalanma inamı yoxdur.

Bunun yerinə, deputatların aldığı kirayə pulu və s. cəmiyyətə faydası olmayan sayısız mövzu müzakirə edilir.

Bizim ölkədəki ana namizədlərinin və onların dünyaya gətirəcəkləri uşaqların "Baby Box" kimi ehtiyacının təmin olunması hələ ki, mümkünsüzdür. Buna görə də xəyallarla yaşamayıb dünyaya gələcək körpələriniz üçün özünüz bazarlıq edin. Soyuq qış aylarında "qaynayan" qiymətlərin qılıncıyla kəsilərək...

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
Son xəbərlər
Bütün xəbərlər »