Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında gediş-gəlişi artıracaq
Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında gediş-gəlişi artıracaq

“Zəngəzur iqtisadi rayonun yaranması, regionun inkişafında mühim və perespektivli məsələdir. Əslində Zəngəzur və Zəngilan, strateji baxımdan çox mühim bir rayona çevriləcək”.

Bu barədə Bizimyol.info saytına açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. O, qeyd edib ki, Azərbaycanın Ermənistan, Naxçıvan, İran və Türkiyə ilə müəyyən sərhədi olacaq.

Elnur Azadov Elnur Azadov

“Bu ərazi tranzit bir rayon olacaq. Şimal dəhlizindən Rusiya və Gürcüstandan gələn nəqliyyat vasitələri üçün daha sonra İrana və yaxud Türkiyəyə keçid mümkün olacaq. Gələcəkdə həmin ərazinin - Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi inkişafına böyük bir səbəb olacaq.

Düşünürəm ki, Zəngilanın olduğu ərazidə azad iqtisadi zonaların yaradılması ilə bağlı tədbirlər planı hazırlanır. Ölkə başçısı qeyd etdiyi kimi 2030-cu ilə qədər Azərbaycanın regionlar üzrə strateji planı hazırlanıb. Hətta bir çox rayonun baş planının hazırlanması və s. orada əks olunubdur”,- deyə ekspert bildirib. Onun sözlərinə görə, bu, oraya köçürüləcək və öz yurd-yuvasına qayıdacaq əhali üçün iş yerləri deməkdir.

Azadovun fikrincə, Bakıda yaşayan məcburi köçkünlərin 50-60 faizi uzun illərdir ki, burada yaşayırlar və artıq özlərinə əmlak alıblar. Bu səbəbdən də, işğaldan azad edilmiş ərazilərə geri qayıtma məsəsləsinə gəldikdə isə, ora təkcə yaşlıların deyil, cavanların da geri qayıtma məsələsi önəmli olmalıdır: “Bunun üçün də ilk şərt iş yerlərinin açılması, biznes potensialı, kiçik və orta biznes inkişafı üçün ticarət mühitinin və digər infrastrukturun olmasıdır. Bu, çox önəmli məsələdir. Və bu məsələ, təkcə dəhlizə aid deyil, rayonlar üçün də önəmlidir. Eyni zamanda həmin ərazilərdə külli miqdarda yeraltı yataqlar və digər təbiət resusrları var. Kənd təsərrüfatının inkişafı üçün şərait var. Turizm sahəsinin inkişafı üçün gələcək perespektivlər var. Bunları bir yerə toplasaq, bunların Azərbaycanın inkişafında çox böyük bir potensial olacağını vurğulaya bilərik”.

Ekspertin sözlərinə görə, eyni zamanda burada Naxçıvan Muxtar Respublikasının Azərbaycanla quru yolu ilə birləşməsi var ki, bu dəhlizdən Azərbaycan vətəndaşları üçün sərbəst gediş-gəliş və qısa yollarla Türkiyə ərazisində keçid imkanları yaradılacaq.

“Həmin dəhlizlə həm dəmiryol nəqliyyatı, həm quru yol nəqliyyatı Azərbaycanın iqtisadi, siyasi və ticari əlaqələrinin möhkəmlənməsinə daha yaxşı zəmin yaranacaq”, - deyən E.Azadov bildirib ki, bu yeniliklər, turizm baxımından da əhəmiyyətlidir. Çünki hazırda Azərbaycan vətəndaşları Türkiyə və Naxçıvana təyyarə ilə, hava yolu ilə gedib-gəlir və dəhliz açldıqdan sonra bu məsələ də öz həllini tapacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər
Bütün xəbərlər »