Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektrik təyyarəsi saatda 623,4 kilometr sürətlə uçub - Video
Elektrik təyyarəsi saatda 623,4 kilometr sürətlə uçub - Video

“Spirit of Innovation”un elektriklə işləyən təyyarəsi Böyük Britaniya Müdafiə Nazirliyinin "Boscombe Down" sınaq meydançasında havaya qalxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “National Geographic” məlumat verib.

Sınaq uçuşu zamanı təttarə saatda 623,4 kilometr sürət yığıb. Bu, elektriklə işləyən təyyarələr üçün əvvəlki rekorddan 212,4 km/saat yüksək sürət deməkdir.

Həmçinin, "Rolls-Royce"un təyyarəsi 3000 metrlik yüksəkliyə qalxma müddətində də özündən əvvəlkiləri 60 saniyə keçib. O, bu hübdürlüyü 202 saniyəyə qət edib.

Rolls-Royce-un baş direktoru Uorren İst dedi: "Bu, sıfır emissiyalı reaktiv təyyarəni reallığa yaxınlaşdıracaq daha bir əlamətdar hadisədir. Bu hadisə hava, quru və dəniz nəqliyyatının karbonsızlaşdırılmasında cəmiyyətin ehtiyac duyduğu texnoloji sıçrayışları təmin etmək ambisiyamızı gerçəkləşdirəcək".

Bundan əvvəlki, 2017-ci ildə "Siemens eAircraft" tərəfindən hazırlanan "Extra 330 LE Aerobatic" elektrik təyyarəsinin sürət rekordu saatda 411 kilometr müəyyən edilib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »