Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
22 gün sonra “dili açılan” mətbuat xidməti: “Müraciət etməyiblər”
22 gün sonra “dili açılan” mətbuat xidməti: “Müraciət etməyiblər”

Yaxın zamanlarda el arasında əsasən “Qul bazarı” adlanan yerdən reportaj hazırlamışdım. Həmin reportaj zamanı orada görüşüb danışdığım şəxslər bir sıra sağlıq problemlərindən, o cümlədən, sosial problemlərindən söhbət açdı. Dövlət qayğısından məhrum olduqlarını, müraciət etdikləri iş yerlərindən onlara laqeyd cavablar verildiyindən, normal bir iş yeri ilə təmin oluna bilməməklərindən şikayətlənirdilər.  Həm bu, həm də cəmiyyətimizin  başqa fərdlərinin sosial və maddi vəziyyətini və ictimaiyyətdə cavabları naməlum, ya da “məxfi” qalan sualların cavablarını öyrənmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladım.

Hərçənd ki, mən bu sualları  yazılı şəkildə noyabr ayının 1-də ünvanlamışdım, buna baxmayaraq, ƏƏSMN-nin Mətbuat Xidməti rəhbərliyinin “operativ və təxirəsalınmaz fəaliyyət və bacarığı” nəticəsində suallarımın cavabını 22 gün sonra aldım.

Günəmuzd işləyən və xüsusilə el arasında "Qul bazarı" adlanan ərazilərdə gündəlik qazanc əldə etmək üçün işə çıxan və həftə ərzində maksimum 10-15 manat qazanc əldə edən vətəndaşlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hansı zəruri addımları atıb? Onların sosial rifahının yaxşılaşdırılması ilə bağlı hansı tədbirlər həyata keçirilib və keçirilir?

Suallarımı cavablayan ƏƏSMN Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, həmin şəxslər işlə bağlı heç bir zaman məşğulluq orqanlarına müraciət etməyiblər: “Günəmuzd çalışan şəxslərlə ötən dövrdə nazirlik əməkdaşları bir neçə dəfə görüşüb söhbət ediblər.

Fazil Talıbov Fazil Talıbov

Onların işlə təmin edilmək üçün çoxlarının heç zaman məşğulluq orqanlarına müraciət etmədikləri müəyyən olunub. Həmin şəxslərə bir sıra aktiv məşğulluq proqramlarına - ödənişli ictimai işlər proqramı əsasında, istərsə müxtəlif müəssisələrdə vakant iş yerlərində göndəriş əsasında işləmək təklif olunub. Həmçinin bildirilib ki, çalışacaqları iş yerlərində əmək haqları, digər ailə gəlirləri ailə ehtiyaclarına yetərli olmayacağı təqdirdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət də edə bilərlər. Lakin onlar bunu sadəcə sərbəst rejimdə və günəmuzd qazanc müqabilində işləməyi daha üstün tutduqlarını qeyd ediblər.

Qlobal böhran dövründə mühüm dəstək tədbiri kimi icra edilən, işsiz və xüsusi karantin rejimi dövründə gəlirini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıları, ümumən 600 minədək şəxsi əhatə edən, 6 dəfə icra edilən birdəfəlik ödəmə ilə təminat proqramından artıq 1 ilədək vaxt ötür. Ötən bir ildə bu proqramın icrasının nəticələri, icra prosedurları, əhatə etdiyi kateqoriyalar və sair barədə ardıcıl və kifayət qədər geniş məlumatlar təqdim edilib. Proqram kimlərə ki, şamil olunmadı, bunun da qanunvericiliyin tələblərindən irəli gələn əsasları var.

Məsələn, qanunverciliyə əsasən torpaq payı olanlar məşğul şəxslər hesab edilir və onlara işsiz statusu verilə bilməz. Birdəfəlik ödəmə isə işsiz aztəminatı şəxslərə şamil olunub. Yəni, qanunla haqqı çatan hər kəs birdəfəlik ödəmə ilə təmin edildi. Ümumilikdə bu proqram  o şəxslərə yönəldi ki, işsiz və heç bir qazanca, gəlirə malik deyillər, heç bir sosial ödəniş almırlar.

Məqsəd də məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməyini etsin. Birdəfəlik  ödəmə proqramı ilə bağlı müraciət edən vətəndaşların sosial vəziyyətləri çoxsaylı məlumat bazalarından alınmış məlumatlar əsasında təhlil edildi və bir sıra şəxslərin rəsmi gəlirləri olmasa da, əslində aztəminatlı olmadıqları müəyyən edilərək, onlara ödəmə təyin edilmədi” – deyə, Fazil Talıbov bildirib.

Daha sonra ƏƏSMN rəsmisinə növbəti sualımı ünvanladım. Belə ki, keçən ilin yanvar ayında inflyasiya ilə əlaqədar bir çox pensiyalar artırılsa da, dövlət qulluğu ilə pensiyaya çıxanların pensiyaları artırılmadı. Cari ildə də pensiyaların artırılması gözlənilir. Yenə həmin problem baş verə bilərmi? Ümumiyyətlə, dövləq qulluğu ilə pensiyaya çıxanların pensiyaları keçən il hansı səbəbdən artırılmayıb və bu il də artırılmamaq ehtimalı gözlənilirmi?

Sualımı cavablandıran mətbuat katibi bildirdi ki, dövlət qulluğu stajı əsasında pensiya təyin edilən şəxslər  xüsusi şərtlərlə pensiya təyin edilmiş vətəndaşlardır: “ Qanunvericiliyə əsasən, onların pensiyaları işləmiş olduqları  fəaliyyət sahəsində əmək haqqı artımı olduqda həmin artıma uyğun artırılır.

Məsələn, 2019-cu ildə bir sıra sahələrdə əmək haqqı artımı vaxtilə həmin sahələrdə işləmiş və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbçilərin,  dövlət qulluqçularının və s.) pensiyalarında da 31% artımı təmin edib. (Əgər nəzərə alsaq ki, ən yüksək məbləğdə pensiya alanlar xüsusi şərtlərlə pensiya təyin edilmiş vətəndaşlardır, o zaman 31,% artımın onların pensiyalarında ciddi məbləğlərdə artıma imkan verdiyini görmək olar).

Digər pensiyalar isə hər ilin əvvəlində əvvəlki ilin orta aylıq nominal əmək haqqı artımı göstəricisi əsasında indeksasiya edilməklə artırılır. Məsələn, bu artım  2020-ci ilin əvvəlindən 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz olub. Minimum pensiya artımı isə minimal məbləğdə pensiya təyin olunanların pensiyalarında müvafiq artımla nəticələnir. Son üç ildə minimum pensiya məbləği 82% artıb. Növbəti ilin əvvəlindən də növbəti artımlar gözlənilir”,– deyə Fazil Talıbov əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »