Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiya alanlar barmaqla göstəriləcək: “Həqiqətən bərbad vəziyyətdədir”
Pensiya alanlar barmaqla göstəriləcək: “Həqiqətən bərbad vəziyyətdədir”

Ölümün durmadan gəncləşdiyi, bir çoxlarımızın gələcəyə ümidsiz baxmağa başladığı bir dövrdə pensiya yaşı tamamilə əksinə istiqamətdə hərəkət edir və durmadan artır. Hazırda Azərbaycanda kişilər 65 yaşda, qadınlar isə 62.5 yaşda pensiyaya çıxır. Bu isə indiki dövr üçün heç də əlçatan yaş həddi deyil.

Maraqlısı ondadır ki, əvvəllər ölüm daha yaşlı idi, amma pensiya yaşı daha ərkən idi. Çox uzağa getmirəm. Məsələn, elə mənim nənəm 50 yaşından pensiyaya çıxmışdı. 85 yaşına kimi yaşadı və düz 35 il dövlətdən pensiya aldı.

İndiki cavanlar necə, pensiya görəcəkmi? İllərdir maaşlarından ödədikləri pulları ahıl yaşlarında ala biləcəklərmi?

Xətai Alıyev Xətai Alıyev

İqtisadçı Xətai Alıyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanda hazırkı pensiya sistemi həqiqətən bərbad vəziyyətdədir. Onun sözlərinə görə, hazırkı pensiya sistemində ödənişlər məbləğ olaraq cəmlənir, lakin həmin şəxslər pensiya üçün ayırdığı pulu banka qoysa, pensiya yaşına çatdıqda həmin məbləğin az qala 3-4 qat artığına bərabət vəsait əldə edər.

“Buna səbəb isə depozit hesablamasıdır. Pensiya üçün ödənildikdə isə adi bir indekslənmə belə aparılmır. Bu, çox önəmli məsələdir. Amma heç vaxt müzakirəyə çıxarılmır. Digər önəmli nüans isə odur ki, məbləğ olaraq da ciddi problemlər var. Məsələn, hazırda nəzərdə tutulan məbləğ 28800-dür, amma minimum əmək haqqının artırılması nəzərdə tutulduğu üçün bu rəqəmlər də arta bilər. Minimal baza, pensiya məbləği toplanmasa, bu zaman ya vətəndaş cibindən bu məbləği qoymalıdır, ya da heç vaxt işləməmiş, bir manat belə pul ödəməmiş şəxslərlə eyni pensiyanı almalıdır. Bu məbləğ isə 130 manatdır.

Bildiyim qədəri ilə bizdə varislik sitemi də yoxdur. Əgər şəxs dünyasını dəyişərsə, illərdir ödədiyi məbləğ onun yaxınlarına da verilmir. Bu da çox ciddi məsələdir. Azərbaycanda əhalinin xeyli kütləsi ya qeyri-rəsmi işlə məşğuldur, ya işsizdir, ya da evdar qadındır. Bunların da hamısı gələcəkdə 130 manat limitinə düşür. Gələcəkdə ola bilər ki, bu rəqəm qismən artsın. Amma yenə də çox aşağıdır”,- deyə iqtisadçı ekspert bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »