Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da qaradərili haqsız yerə 43 il cəza çəkib
ABŞ-da qaradərili haqsız yerə 43 il cəza çəkib

ABŞ-ın Kanzas-Siti şəhərində 3 qətldə təqsirli bilinən qaradərili məhbus 43 il həbsdə yatdıqdan sonra bəraət qazanıb və azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib.

Bildirilir ki, 1979-cu ildə hamısı "ağ" olan münsiflər heyəti tərəfindən 3 cinayətdə günahkar bilinən və ömürlük həbs cəzasına məhkum edilən Kevin Striklandın 43 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Lakin bu müddət ərzində onun ittiham olundiğu cinayətləri törətdiyinə dair heç bir sübut tapılmayıb.

Missuri Ali Məhkəməsinin hakimi Ceyms Uels əsaslandırılmış qərarında cinayət yerində cinayətləri törətdiyinə dair sübutların olmamasına baxmayaraq Striklandın təqsirli bilindiyini və sonradan ona qarşı ifadə verən bir şəxsin ifadəsindən geri çəkildiyini vurğulayıb. Hökmün əsassız olduğunu və məhbusun dərhal azadlığa buraxıldığını vurğulayaraq şahid polisin təzyiqi ilə ifadə verdiyini bildirib.

Striklandın hadisə yerində olmadığına dair dəfələrlə ifadə verən, cinayətləri törətdiyini ilk andan inkar edən bir şahid isə bir müddət əvvəl dünyasını dəyişdiyi üçün məhkəmədə iştirak etmədiyi bildirilib.

19 yaşında mühakimə olunan 62 yaşlı Striklend ABŞ tarixində haqsız yerə ən uzun müddət həbsdə olan insanlardan birinə çevrilib.

Ancaq Striklend təzminat almaq hüququna malik deyil. Çünki Missuri ştatının qanunları təqsirsizliyi yalnız DNT testi ilə sübuta yetirilən keçmiş məhbuslara qanunsuz həbsə görə təzminat tələb etmək hüququ verir.

Stricklanda kömək məqsədi ilə "gofundme.com" saytında təxminən 100.000 dollar toplanıb.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər