Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İŞİD" yaraqlısı "Taliban"a təslim olur
"İŞİD" yaraqlısı "Taliban"a təslim olur

İslam Dövləti (İŞİD) terror qruplaşmasının ən azı 80 silahlısı Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının təhlükəsizlik qüvvələrinə təslim olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.

Məlumata görə, terrorçuların təslim olması qəbilə ağsaqqallarının vasitəçiliyi sayəsində mümkün olub. Lakin agentlik əlavə təfərrüatlar vermir.

Qeyd edək ki, son üç ay ərzində Əfqanıstanın bir neçə əyalətində, o cümlədən paytaxt regionunda bir anda bir neçə partlayış, silahlı hücumlar və atışmalar baş verib. Nəticədə həm Taliban, həm də yerli sakinlər həlak olub. İŞİD-in qolu olan "Xorasan İslam Dövləti" qrupu bu hadisələrin bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »