Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çox yaşamaq üçün nə etmək lazımdır...
Çox yaşamaq üçün nə etmək lazımdır...

Çox yaşamaq insanların əksərinin arzusudur. Bəs necə etmək lazımdır ki, hələ uzun illər yaşayasan? Bunun üçün hansı həyat tərzini seçmək gərəkdir?

Bizimyol.info xəbər verir ki, mütəxəssislər ayrı-ayrı vərdişlərə üstünlük verməyi tövsiyə edir. Siyahının yuxarı hissəsində şəkərin adı gəlir. Şəkər hətta milçəklərə də yaxşı təsir göstərmir. Mütəxəssislər buna xüsusi diqqət ayırır. Şəkər milçəklərin ölümünü sürətləndirir.

İnsanlara da yaxşı təsirdən danışmaq olmaz. Diabetdən, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər bunu mütləq nəzərə almalıdır. Şəkərin azaldılması qocalmanı yavaşlatmağa, metabolik pozğunluqların qarşısını almağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər.

“Ömrün uzunluğu” kitabının müəllifi olan Devid Sinkler hər gün 1000 mq resveratrol qəbul etməyi məsləhət görür. Üzüm də daxil olmaqla bir çox bitkidə yer alan maddə qocalmanın sürətini azaltmağa xidmət edir. Buna görə də Qərb ölkələrində qırmızı şərabın faydasından danışırlar. Resveratrol dibaet, kökəlmə və xərçəng xəstəliyi ilə mübarizədə əvəzsiz vasitə sayılır. Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün faydası da ayrıca qeyd edilməlidir.

Doktor Sinkler gündəlik rasionda D3 vitamininin yer almasını da tövsiyə edir. Bu sahənin bilicisi inanır ki, bu vitamin ölüm riskini azaldır, yalnız ömrün uzanmasına xidmət göstərir.

Avstriyada 78 min könüllünün iştirakı ilə baş tutan araşdırma da Sinkleri haqlı çıxarır. D vitaminin azlığından əziyyət çəkənlər xəstəliklərlə daha çox mübarizə aparır.

Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
Son xəbərlər
Bütün xəbərlər »