Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ortada ye, kənarda gəz", maaş da al, kirayə pulu da...
"Ortada ye, kənarda gəz", maaş da al, kirayə pulu da...

Bir neçə gün öncə deputat Razi Nurullayev, həmkarlarının “acınacaqlı” vəziyyətini dilə gətirərək kirayə qalan depuatatlara verilən kirayə pulunun artırılmasını təklif edib.

Təbii ki, bu fikir, cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Və cəmiyyət öyrənmiş oldu ki, 1700 manatdan çox əmək haqqı alan deputatları hələ 220 manat kirayə pulu da alırmış.

Deputatlara kirayə pulu verilməsi məsələsinə 2006-cı ildən başlanılıb. Və həmin dövrdə bu vəsait, 220 manat olaraq təsdiq edilib. Aradan illər keçib, amma görünür ki, deputatların başı “qaz vurub qazan doldurmağa qarışdığı” üçün bu barədə danışan olmayıb, ta ki, məsələ Razi Nurullayevin yadına düşənə kimi...

Razi Nurullayev deyib ki, onlar heç də cəmiyyətin düşündüyü kimi 6000 manat deyil, 1700 manat əmək haqqı alırlarmış. Bununla yanaşı, kiçik xırda-para gəlirlər də olurmuş. Deputat, yerli mətbuata açıqlamasında bildirib ki, o təkcə onlara verilən kirayə pulunun artmasına görə canfəşanlıq göstərmir, həm də istəyir ki, cəmiyyət, deputatların da kirayədə qaldığını öyrənsin. R.Nurullayev deyib ki, hazırda Bakıda 220 manata kirayə qalmaq mümkün deyil. Buna görə də verilən məbləğ yenidən gözdən keçirilməlidir.

Deputat, həmçinin vurğulayıb ki, seçicilərlə görüşmək üçün yol, pul və s. xərcləyir və bu vəsait onun maaşından gedir. Çox maraqlıdır, Razi bəy, Siz deyirsiniz ki, 1700 manatla yaşamaq, fəaliyyət göstərmək və əlavə olaraq 220 manat alıb Bakıda kirayədə yaşamaq mümkün deyil. Bəs yazıq kasıb nə etsin? Biznesdən başınız açılanda heç olmasa, ara-sıra onların da ah-naləsinə qulaq verin...

Vallah, danışanda elə danışırsınız ki, sanki "seçiciləriniz" üçün dağı dağ üstünə qoymusunuz. Gözümüz sizləri görəndən, heç bir fəaliyyətinizi görməmişik. Hətta ara-sıra Milli Məclisə baxıb, "görəsən, bu deputatlar nə işə yarayır" deyib-düşünənlərin sayı daha çoxdur.

Nəyin davasını edirsiniz? Tutaq ki, aldığınız vəsait, bir o qədər də artırıldı. Və sizin gəliriniz, 220 manat daha çox oldu. Bu, sizin fəaliyyətinizdə nəyi dəyişəcək?

Bu günə kimi deputat kimi nə işləri görmüsünüz? Yox, bu sual sadəcə, bir deputata ünvanlanmayıb. Milli Məclisdə yer alan, toplantılarda yuxulayan, "seçicisini" son dəfə seçki təbliğatı zamanı görən bütün deputatlara ünvanlanıb. İstədiyiniz nədir? Altınızda xidməti avtomobil və toxunulmazlığınız, Stabil əmək haqqınız var. Gördüyünüz (daha doğrusu, görmədiyiniz) işlər də göz qabağındadır. Üç-beş jurnalistə də arada "görüm-baxım" edib reklamınızı da aparırsınız.

Nə isə. Bizim gözümüz-qulağımız öyrəşib deputatların belə danışıqlarına. Biri çıxıb deyir, “Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur”, birinin xaricdə qurduğu imperiyanın səsi-sorağı kəsilmir, biri dələduzluq edib həbs edilir, biri... Və əksəriyyəti sadəcə, "ortada yeyib, kənarda gəzirlər"...

Eh, yazmaqla bitən deyilsiniz ki? Özünüzü düşündüyünüz qədər kaş ki, "seçicilərinizi" də düşünə bilsəydiniz...

Xatırladaq ki, hazırda 12 deputat, 220 manat kirayə pulu alır. Həmin deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərləridir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »