Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana həbsdə olan oğluna narkotik gətirib
Ana həbsdə olan oğluna narkotik gətirib

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bildirilir ki, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Samit Civan oğlu Munasinqxeyə anası Bakı şəhər sakini Olina Oleqovna Munasinqxe tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yeməyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 2,952 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 1,472 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Cinayət Məcəlləsinin 120.1və 228.4-cü maddəlləri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Canbulad Firudin oğlu Hüseynova tanışı Bakı şəhər sakini Kamran Roman oğlu Mustafayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kəllə qəndin içərisində xüsusi üsulla yonularaq gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,420 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,412 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »