Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusdan Avropaya keçən miqrant: “Məni Polşa pulunu udmağa məcbur etdilər”
Belarusdan Avropaya keçən miqrant: “Məni Polşa pulunu udmağa məcbur etdilər”

Polşa-Belarus sərhədindəki problem həllini tapmayıb. 400-ə yaxın miqrant vətəninə qayıtsa da, həmin zonada azı 2000 gəlmə çadırlarda qeyri-müəyyən vəziyyətdə qalıb. Bura hətta kubalılar da üz tutub. Belarusdan Avropaya keçmək çox az adama müyəssər olur.

Bizimyol.info xəbər verir ki, sərhədi aşanların bir çoxu Polşa xəstəxanalarına yerləşdirilib. Onların əksəri Belarusda işgəncə gördüyünü deyir. Humanitar təşkilatın nümayəndəsi olan Silviya Jil miqrantların inanılmaz əhvalatlar danışdığını bildirir.

Suriyanın Hələb şəhərindən ailəsiylə uzaq yola çıxmış 42 yaşlı Mənsur Polşaya keçməyə iki dəfə cəhd etdiyini deyib: “Birinci dəfə Polşa sərhədçiləri bizi geri qaytardı. Belarus əsgərləri görəndə döyməyə başladılar. Dedilər ki, ikinci cəhddə sərhədi keçə bilməsəniz, sizi öldürəcəyik”.

İraqın Süleymaniyyə şəhərinin 20 yaşlı sakini Alend də işgəncələrdən danışıb:

“Sərhədi keçməyi bacardım. Amma polşalılar tapıb geri qaytardılar. Lukaşenkonun əsgərləri üstümdə Polşa pulları görəndə məni bunları udmağa məcbur etdilər. Başıma vurdular, telefonumu sındırdılar. Paltarlarımı qayçı ilə doğradılar”.

Alend, tamamilə tükəndiyini deyir. Meşədə üst-üstə bir aydan çox vaxt keçirib. Sərhədi bir neçə gün əvvəl ikinci cəhd zamanı keçə bilib. İndi Mənsurla birlikdə Polşadan sığınacaq istəyinə müsbət cavab gözləyirlər.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər