Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcəklər
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar 2020-ci il noyabrın 9-da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında bəyanatın imzalanmasının ildönümünə təsadüf edib. Rusiya liderinin təşəbbüsü ilə noyabrın 26-da Soçidə dövlət başçıları keçiriləcək..

Bizimyol.info xəbər verir ki, bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Üç ölkə liderinin planlaşdırılan görüşündə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələri, eləcə də dinc həyatın bərqərar olunması üçün gələcək addımların müəyyənləşdirilməsi müzakirə ediləcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Putinlə Əliyev və Paşinyan arasında təkbətək görüş də nəzərdə tutulub.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »