Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq”ın minaya düşən əməkdaşı ilə bağlı açıqlama
“Azərişıq”ın minaya düşən əməkdaşı ilə bağlı açıqlama

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, hadisədən dərhal sonra Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub. Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Erməni terroru, dinc insanlara qarşı öz çirkin üzünü hər zaman göstərməkdədir. Bununla belə, cəsur "Azərişıq" əməkdaşları, müharibənin ilk günündən etibarən heç nədən qorxmayaraq hərbiçilərimizlə çiyin-çiyinə hər zaman öndə olmuşdur. Müharibədən sonra da quruculuq işlərində yenə də böyük şərəf hissi ilə öz fəaliyyətini davam etdirir.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »