Rusiyalı həmkarları ilə müzakirələr zamanı Ermənistan tərəfi Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmağa hazır olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "armeniasputnik"ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.
"Hökumətin proqramında qeyd olunduğu kimi, Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərt olmadan normallaşdırmağa həmişə hazır olub. Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazır olduqlarını bəyan ediblər. Proses nə vaxt irəlləməyə başlasa, bu barədə cəmiyyətə məlumat veriləcək. Eyni zamanda qeyd etmək istərdim ki, hazırda Türkiyə ilə heç bir danışıq aparılmır", - deyə Hunanyan bildirib.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.
Bizimyol.info