Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynadakı hadisələri "narahatlıqla izləyir"
Rusiya Ukraynadakı hadisələri "narahatlıqla izləyir"

“Biz ekstremist siyasətçilərin Ukraynada əhəmiyyətli təsirlərinin olduğunu bildiyimiz üçün, əlbəttə ki, hadisələri böyük narahatlıqla izləyirik”.

Bzinyol.info xəbər verir ki, Ukraynanı Donbasda təxribat xarakterli davranışlarda ittiham edən Kremlin sözçüsü Dmitriy Peskov Moskvada jurnalistlərə verdiyi açıqlamada "Rusiyanın Ukraynaya  qarşı işğal  hazırlığı" ilə bağlı iddialara münasibət bildirib.

Peskov: "Ukraynanın Donbasda Rusiyaya qarşı təxribatçı davranışları davam edir. Bu təxribatlar son zamanlar nəzərəçarpacaq dərəcədə artıb. Üstəlik, bu təxribatlar NATO-nun Ukraynaya verdiyi silahlarla edilir. Bütün bunlar hazırkı Minsk razılaşmalarına ziddir".

Qərb ölkələrinin qəzet və xəbər agentlikləri vasitəsi ilə Rusiyaya qarşı informasiya müharibəsi apardığını deyən Peskov: “Rusiyanı Ukraynadakı həll prosesini təhdid edən tərəf kimi təqdim etmək cəhdi var”, - deyib.

"Rusiyanın öz ərazisindəki hərbi hərəkətlərinin heç kimə qarşı yönəlməyib. Ukraynada ekstremist siyasətçilərin əhəmiyyətli təsirlərinin olduğunu bildiyimiz üçün, əlbəttə ki, hadisələri böyük narahatlıqla izləyirik", - deyə Peskov bildirib.

Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər