Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dollar Türkiyədə 12 həddini keçdi
Dollar Türkiyədə 12 həddini keçdi

Türkiyə lirəsi çox böyük sürətlə dəyər itirir. Az qala hər gün geriləmə xəbərləri gəlir.

Bizimyol.info xəbər verir ki, dollar Türkiyədə 12 həddini keçib. ABŞ valyutası noyabrın 23-də 12.31 lirəyə təklif olunmağa başlayıb. Bu isə lirə tarixinin antirekordu sayılır.

Avro da Türkiyədə xeyli bahalaşıb. Xəbər yazılan dəqiqələrdə Avropa valyutası 13.88 lirəyə qiymətləndirilirdi. İngilis funt sterlinqi isə 16.44 lirəyə təklif edilir.

Türkiyə hökuməti lirəni xilas etmək üçün müxtəlif addımlar atır. Faiz dərəcələri bir neçə dəfə dəyişdirilib. Mərkəzi Bankın rəhbərliyində istefalar həyata keçirilib. Amma lirə heç cür sabit dövrə qədəm qoya bilmir. Əksinə, prosesin hələ bir müddət davam edəcəyi proqnozlaşdırılır. Mütəxəssislər ilin sonunda dolların məzənnəsinin 13 həddini keçəcəyini ehtimal edir.

Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »