Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaqut Qarayeva: "Pandemiya ölkədə nəzarət altındadır"
Yaqut Qarayeva: "Pandemiya ölkədə nəzarət altındadır"

“Koronavirusa yoluxma göstəricilərinə əsasən, hazırda xəstəlik nəzarət altındadır. Amma bəzi məqamları qeyd etmək istəyirəm. Xüsusən qonşu ölkələrdə baş verən prosesləri nəzərə alsaq, yenə də ehtiyatı əldən verməməli, rahatlaşmamalıyıq”.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıdan qış gəlir, havalar soyuyur, insanların qapalı məkanda daha çox zaman keçirməsi normal hal olacaq: “Qışa hazırlıq olaraq buster doza vaksinini tövsiyə edirik. 4-cü doza ilə bağlı indidən fikir söyləmək tezdir. Pandemiyanın gedişində xəstəliyi öyrənirik. Xəstəlik ətrafında bütün dünyada araşdırmalar gedir. Biz də bu araşdırmaları sıx izləməyə, yeni məlumatlara tez zamanda reaksiya verməyə çalışırıq. Ölkədə vaksinasiya prosesi yaxşı gedir, prosesi müsbət qiymətləndiririk”.(apa)

Paylaş »
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »