Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyin sağlamlığı üçün nə yeyib içməliyik?
Beyin sağlamlığı üçün nə yeyib içməliyik?

Beyin sağlamlığını qoruyan beş vacib qida qrupu; yaşıl yarpaqlı tərəvəzlər, yağlı balıqlar, meşə meyvələri, çay, qəhvə və şokolad, qoz-fındıq.

Son araşdırmalara görə, hər gün yaşıl tərəvəz yeyənlərin yaddaş və zəka testlərində daha uğurlu olduğu müəyyən edilib. Məlum olub ki, gündə bir porsiya salat və ya yaşıl tərəvəz yeyənlərin beyinləri yeməyənlərə nisbətən 11 yaş cavandır. Ona görə də həkimlər bildirilər ki, beyninizi gənc saxlamaq istəyirsinizsə, bu 5 qida qrupu ilə qidalanmaya diqqət edin.

Tədqiqatlar göstərir ki, kələm, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər, K vitamini, lutein, folat və beta karotinlə zəngindir.

Yağlı balıq

Alzheimer xəstəliyi olan insanların beynində anormal miqdarda bir protein növü olan beta-amiloid toplanır. Yağlı balıqlar sağlamlığa faydalı olan doymamış yağlar olan omeqa-3 yağ turşularının yaxşı mənbəyidir. Omeqa-3 yağ turşuları qan beta-amiloid səviyyələrini aşağı salmağa kömək edir və bununla da beyin sağlamlığını dəstəkləyir.

Meşə meyvələri

Flavonoidlər meyvələrə parlaq rənglər verən təbii bitki piqmentləridir. Tədqiqatlar göstərir ki, yaddaşı yaxşılaşdırmağa kömək edir.

Güclü yaddaş üçün çiyələk, moruq, qaragilə və böyürtkən kimi flavonoidlərlə zəngin meyvələr istehlak edilməlidir.

Çay, qəhvə və şokolad

Çoxumuzun səhərlər faydalandığı çay və qəhvə də yaddaşa müsbət təsir edir. Bu yaxınlarda aparılan bir araşdırma müəyyən edib ki, kofein kimi müəyyən metilksantinləri yüksək istehlak edən iştirakçılar qiymətləndirmə testlərində daha yaxşı nəticə əldə ediblər. Şokoladda olan kakao və kakao yağı da idrak inkişafı və xatırlamağa kömək etdiyi bildirilir.

Leyla, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »