Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstanda avtobus qəzası: 45 nəfər yanaraq ölüb - Foto
Bolqarıstanda avtobus qəzası: 45 nəfər yanaraq ölüb - Foto

"Bolqarıstanda baş verən avtobus qəzasının səbəbləri texniki nasazlıq və insan səhvi ola bilər".

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" respublikanın baş prokurorunun müavini, Milli İstintaq Xidmətinin rəhbəri Borislav Sarafova istinadən bildirib.

"Cəsədlər tanınmaz dərəcədə yanıb. Biz hələ də qurbanların şəxsiyyətini müəyyən etmək üçün hər bir cəsətdən xüsusi nümunələr götürürükk", - deyə o əlavə edib.

Şöbə rəisi hadisəni “görünməmiş faciə” adlandırıb və bildirib ki, yanmış avtobusda Bolqarıstan vətəndaşlarının olub-olmaması barədə hələlik dəqiq məlumat yoxdur.

"Salonda 52 nəfər olub, onlardan 45-i, o cümlədən 12 uşaq dünyasını dəyişib. Yeddi sərnişin xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.

Qəza yerli vaxtla saat 2:00 radələrində ölkənin qərbindəki Pernik rayonunun Bosnek kəndi yaxınlığındakı Struma şossesində baş verib. Burada Makedoniya nömrəli avtobus qəzaya uğrayıb və yanıb. Avtobus Türkiyədən Şimali Makedoniyaya gedirmiş. Nəqliyyat vasitəsində neçə nəfərin olduğu hələ dəqiq məlum deyil", - deyə Sarafov qeyd edib.

Qeyd edək ki, müxtəlif mənbələrə görə - avtobusda 52 və ya 53 nəfər sərnişinin olduğu bildirilir. KİV-in məlumatına görə, onların hamısı Makedoniya vətəndaşıdır.

Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
Son xəbərlər
Bütün xəbərlər »