Fransada bir çəllək şərab hərracda inanılmaz qiymətə sahibini tapıb. 228 litr çaxırı 800 min avroya satıblar.
Bizimyol.info xəbər verir ki, alqı-satqı Fransanın “Hospices de Beaune” adlı qədim hərracında baş tutub. “Corton Renardes Grand Cru”nun satışından əldə olunan gəlirin xeyriyyə məqsədi ilə sərf ediləcəyi bildirilib. 800 min avro qadınlara qarşı zoralılıqla mübarizə fonduna köçürüləcək.
Təşkilatçıların dediyinə görə, bu il hərraca əvvəlki dövrlərdən iki dəfə az şərab çəlləkləri göndərilib. Çünki il ərzində hava əlverişli olmayıb. Buna baxmayaraq, “Corton Renardes Grand Cru”nun yaxşı qiymətə satıldığı hesab olunur.
“Corton Renardes Grand Cru” Fransanın ən yaxşı şərablarından sayılır. Bu çaxır növü Burqundiya vilayətində istehsalı olunur. Yaşı 50-ni keçmiş şüşələri 200 avrodan uciz təklif edilmir.
Bizimyol.info