Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayının hücum etdiyi şəxs: “Onun vəziyyəti daha ağırdır”
Ayının hücum etdiyi şəxs: “Onun vəziyyəti daha ağırdır”

Türkiyənin Tokat şəhərinin Bostankolu kəndində ayı evlərin birinin sahibinə hücum edib. Şener Yıldız 2-3 dəqiqə vəhşi heyvanla vuruşmalı olub. Onu yaralı halda xəstəxanaya çatdırıblar.

Bizimyol.info xəbər verir ki, jurnalistlərlə söhbətləşən kəndli nikbinliyini qoruyub. O, ayıya məğlub olmadığını bildirib.

“Məni bu hala gətirdi. Amma siz gedin ayını da görün. Onun vəziyyəti daha ağırdır”.

Ayı Şener Yıldızın hər iki qolunu, ayağını dişləyib. Bir neçə dəqiqəlik mübarizədən sonra vəhşi heyvan bağdan qaçıb. Kənd sakinləri yaralını dərhal xəstəxanaya çatdırıb.

“Arxadan səs gəldi. Çevrildim, bağıraraq üstümə gəldi. Əvvəlcə ayağımdan yapışdı. Onu qucaqladım ki, çox zərər verə bilməsin. Qollarımı dişlədi, özümdə güc tapıb onu kənara itələdim. Bundan sonra çıxıb getdi. Qonşular məni xəstəxanaya gətirdi”.

Şener Yıldız deyir ki, qaçmağa imkanı olmayıb. Kənd sakini qaça bilsə, daha böyük zərbə alacağını da düşünür.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Azərbaycanda gənc qızı intihara sövq edən 17 yaşlı oğlan həbs olunub
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »