Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yalançılar yalan danışa bilməyəcək
Yalançılar yalan danışa bilməyəcək

Qərb ölkələrində uzun illərdir yalan detektorundan cinayətkarların müəyyənləşdirilməsi üçün istintaq proseslərində istifadə olunur. Həmin cihazlar bir növ köməkçi xarakter daşıyır. Yəni cinayətkarı tam işarə vermir, amma onun narahatlığını, ayrı-ayrı epizodlardakı tərəddüdünü ortaya çıxarır.

Bizimyol.info xəbər verir ki, yalan detektorlarında da yeni mərhələ başlayır. Daha rahatca yalan danışmaq mümkün olmayacaq. Təl-Əviv Universitetinin araşdırmaçıları süni intellektdən istifadə edərək detektorları təkmilləşdirib. Üz ifadələrindəki kiçik, adi gözlə çox nəzərəçarpmayan dəyişiklik qeydə alınacaq. Detektor həmin titrəyişləri nəzərə alaraq sinir hüceyrələrinin davranışını analiz edəcək. Beləcə, danışanın nə qədər doğru olması müəyyənləşəcək.

Yeni detektorların yaradıcılarından olan Dino Levi ortaya mükəmməl məhsul qoymasalar da, ən optimal variant əldə etdiklərinin bildirir. Onun sözlərinə görə, yeni cihazın nə dərəcədə effektli işləməsini müəyyənləşdirmək üçün 48 könüllünün xidmətindən istifadə ediblər. Onların bir çoxunun yalan danışanda yanaq, bəzisinin isə qaş əzələləri səyirib. Gözlər yalançının gözlənildiyi qədər paxırını ortaya qoymur. Daha çox əllər doğru danışmayan şəxsləri ələ verir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »