Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dənizə axan vulkan lavaları insanlar üçün təhlükə yaradıb
Dənizə axan vulkan lavaları insanlar üçün təhlükə yaradıb

İspaniyanın cənub-qərbindəki Kanar adaları qrupundan olan La Palma adasında sentyabrın 19-dan bəri aktiv olan "Cumbre Vieja" vulkanının püskürtdüyü lava 4-cü qoldan dənizə axmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "haberturk" məlumat verib.

La Palma adası yerli hökuməti, yeni - 4-cü qoldan dənizə lava axını ilə başlayan qazın yayılması səbəbindən 3000-dən çox insanın yaşadığı 4 yaşayış məntəqəsində komendant saatı tətbiq edildiyini açıqladı.

Kanar Adaları Vulkanik Fövqəladə Planlaşdırma agentliyi də hava çirkliliyi səbəbindən əhaliyə zəruri olmadıqca evlərindən çölə çıxmamağı, pəncərə və qapıları bağlı saxlamağı tövsiyə edib.

Digər tərəfdən, Avropa Birliyi Peyk Görüntü Sistemi tərəfindən yenilənən məlumatlarda bölgədəki vulkandan gələn lavanın əhatə etdiyi sahənin 1065 hektara yüksəldiyi bildirilib. Lava əksəriyyəti ev olmaqla 2651 binanın dağılmasına, 95 binanın isə qismən zədələnməsinə səbəb olub. Bölgədəki 80 kilometrlik yolu əhatə edən lavanın dənizə axması ilə ada sahilində əmələ gələn platformanın eni 43 hektara yüksəlib. Vulkandan gündəlik 900 ilə 1300 ton arasında kükürd dioksidi çıxmağa davam edir.

La Palmada 900 milyon avroya yaxın ziyana səbəb olan və 7 minə yaxın insanı evsiz qoyan "Cumbre Vieja" vulkanı adanın tarixində ən uzun müddət fəaliyyət göstərən vulkan oldu. Mütəxəssislər vulkanın qısa müddətdə sönəcəyini gözləmirlər.

Vulkan aktivləşdikdən sonra adada 5200-dən çox zəlzələ baş verib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »