Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada Ukraynanı işğal etməyə hazırlaşır - Bloomberg
Rusiyada Ukraynanı işğal etməyə hazırlaşır - Bloomberg

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya hücum planlaşdıra və onu üç istiqamətdən, o cümlədən Belarus vasitəsilə həyata keçirə bilər. Moskva on minlərlə ehtiyatda olan hərbçini xidmətə çağırdığı iddia edilir ki, bu da postsovet dövründə ən geniş miqyaslı çağırış hesab olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə noyabrın 22-də Amerikanın Bloomberg agentliyi kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ötən həftə ABŞ kəşfiyyat məlumatlarını Avropadakı müttəfiqləri ilə, o cümlədən Ukraynanın işğalına hazırlaşmaq üçün Rusiya qoşunlarının və artilleriyasının yığıldığını göstərən xəritələr paylaşıb. Qeyd olunur ki, Rusiya Federasiyası 2022-ci ilin əvvəlində ölkəyə hücumu nəzərdən keçirə bilər.

Agentliyin mənbələrinə görə, ABŞ-ın təqdim etdiyi məlumatlar rus qoşunlarının Krımdan, Rusiya sərhədindən və Belarusdan keçməklə Ukraynaya girmək niyyətində olduğu ssenarisini aşkara çıxarıb. Əməliyyatda 100 minə yaxın əsgərin iştirak edə biləcəyi, qoşunların isə "potensial uzunmüddətli işğala hazır olduğu" bildirilir.

Bloomberg-in iki mənbəsinə görə, taktiki qrupların təxminən yarısı artıq öz mövqelərini tutub. Aviasiya dəstəyinin planlaşdırıldığı bildirilir. Bundan əlavə, onların fikrincə, Rusiya Federasiyası ehtiyatdan xidmətə cəlb olunan on minlərlə həbçisi sonrakı mərhələdə ərazinin təhlükəsizliyini təmin edəcək.

ABŞ administrasiyasındakı adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, prezident Co Baydenin dövründə Vaşinqton Moskvanın hədələyici hərəkətlərinə qarşı çıxmaq üçün bir sıra vasitələrdən istifadə etməyə hazır olduğunu nümayiş etdirib və bunu davam etdirəcək.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »