Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədliyyə naziri: Saakaşvili məhkəmə zalına gətirilə bilər
Ədliyyə naziri: Saakaşvili məhkəmə zalına gətirilə bilər

"Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına son qoyması onun məhkəmələrdə iştirakı üçün əsas ola bilər"

Bizimyol.info xəbər verir ki, bunu "İmedi" telekanalına açıqlamasında ədliyyə naziri Rati Breqadze deyib.

Tbilisi Şəhər Məhkəməsi eks-prezident Mixail Saakaşvilinin 2007-ci il noyabrın 7-də keçirilən dinc aksiyanın dağıdılması ilə bağlı işi üzrə növbəti iclası noyabrın 29-na təyin edib.

"İctimaiyyətin artıq bildiyi kimi, Mixail Saakaşvili aclığı dayandırıb, biz mütləq onun səhhəti ilə bağlı həkimlərin rəyini gözləyəcəyik və həyati təhlükəsi olmadığı təqdirdə Mixail Saakaşvilinin növbəti proseslərdə məhkəmə zalına gəlməsinə əsas verir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »