Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abşeronda youtuber qadın sərxoş halda avtomobili qaçırıb qəza törədib
Abşeronda youtuber qadın sərxoş halda avtomobili qaçırıb qəza törədib

Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.

Hadisə Qurtuluş 93 yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.

Belə ki, Rzayeva Azadə Bəhrəm qızı tanışına məxsus 90-SP-998 dövlət nömrə nişanlı “KİA” markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayeva məxsus “Opel”ə çırpılıb.

Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus “Chevrolet” markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın “KİA”nı Məhəmməd Atayevin sükanı arxasında olduğu “Daewoo” markalı maşına çırpıb.

Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüb. Dərhal Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıb. Məlum olub ki, qadın sərxoş haldadır. Bunu apa-ya Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və hadisə zamanı zərərçəkən sürücülər təsdiqləyib.

Daha sonra qəzanın baş verdiyi əraziyə “KİA” markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.

Qeyd edək ki, Azadə Rzayeva özünü youtuber kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »