Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq Laçında minaya düşən “Azərişıq” ASC-nin əməkdaşı ilə bağlı məlumat yayıb
Prokurorluq Laçında minaya düşən “Azərişıq” ASC-nin əməkdaşı ilə bağlı məlumat yayıb

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə Laçın Rayon Prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info saytının məlumatına görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »