Bakıda yeniyetmə metro qatarının yoluna düşərək ictimai asayişi pozub.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə şəxsiyyəti məlum olmayan yeniyetmənin qatar yoluna düşməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Bakı Metropoliteni Polis Şöbəsində araşdırma aparılır.