Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusun Avropa İttifaqı ilə sərhədinə kubalılar da toplaşıb
Belarusun Avropa İttifaqı ilə sərhədinə kubalılar da toplaşıb

Polşa-Belarus sərhədinə ən çox İraqdan, Suriyadan üz tutanlar olub. Amma bura kubalılar da gəlibmiş. Atlantik okeanını geridə qoyaraq özünü Belarusa yetirən Kuba vətəndaşları Qrodnoya yaxın ərazidə çarəsiz vəziyyətdə qalıb.

Bizimyol.info xəbər verir ki, kubalılar Belarusa Rusiyadan gəlir. Onlar əvvəlcə təyyarə ilə Havanadan Moskvaya uçur. Rusiyada vizaya ehtiyac duymadıqlarından, okeanı rahat keçirlər. Bundan sonra Belarus sərhədini əngəlsiz geridə qoyurlar. Amma Avropaya ayaq basmaq heç cür alınmır.

Jurnalistlərlə söhbətləşən kubalılar əsas hədəfin Almaniyaya keçmək olduğunu bildiriblər. Bunun üçün Polşa və ya Litva sərhədini aşmaq vacibdir.

“Bizi aldatdılar. Gərək bu marşrutu seçməzdik. İndi gözləməkdən başqa çarəmiz yoxdur. Ümid edirik ki, Avropa bizə siyasi sığınacaq verər”, - kubalılardan biri deyib.

Jurnalistlərlə danışan Kuba vətəndaşları heç bir halda vətənə qayıtmaq istəmədiklərini dilə gətirib. Hərçənd, iraqlıların geru qaytarılması onları ruhdan salmağa başlayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »