Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəlifə Haftar və Qəddafi Liviyada seçkilərə buraxılmaya bilər
Xəlifə Haftar və  Qəddafi Liviyada seçkilərə buraxılmaya bilər

Liviyanın Hərbi Baş Prokuroru Ali Seçki Komissiyasının sədri İmad əs-Sayihə rəsmi məktub göndərib.

Bizimyol.info xəbər verir ki, Liviya mətbuatında yer alan xəbərə görə, məktubda Haftar və Seyfülislam Qəddafinin adının müxtəlif qətllər və hərbi cinayətlərdə hallandırıldığı bildirilib.

Hərbi Baş Prokuror Miftah dekabrın 24-nə təyin edilmiş prezident seçkilərində Haftar və Seyfülislam Qəddafinin bütün namizədlik proseslərinin onlara qarşı istintaq tamamlanana qədər dayandırılmasını istəyib.

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi noyabrın 14-də ərizə ilə müraciət edərək keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün qeydə alınmaq istədiyini bildirib.

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bəşəriyyətə qarşı cinayət törətdiyinə görə axtarışda olan və Liviya Baş Hərbi Prokurorluğunun “qətl” və “muzdlu əsgərlərdən istifadə” ittihamları ilə həbsinə order verdiyi Seyfulislam Qəddafi atası devrildikdən sonra ilk dəfə olkəyə qayıdıb.

Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Haftar noyabrın 16-Ali Seçki Komissiyasınaərizə yazaraq keçiriləcək prezident seçkilərində namizəd olduğunu açıqlayıb.

2019-cu ildə paytaxt Tripoliyə başlatdığı hücumlar zamanı hərbi cinayətlər və müxtəlif insan haqları pozuntuları törətməkdə günahlandırılan Hafter özünə yaxın yerli televiziyada yayımlanan video mesajı ilə prezidentliyə namizədliyini açıqlayıb.

Liviya Hərbi Baş Prokurorluğu Xəlifə Haftar və Seyfülislam Qəddafinin Ali Seçki Komissiyasından müraciətlərdən sonra hərəkətə keçib.

Liviya Yüksək Seçki Komissiyası isə prezident və parlament seçkiləri üçün təqdim edilən namizədlik ərizələrinin “namizədlərin qəbulu yekunlaşmayınca qəti fikir söyləməyin mümkün olmadığını” açıqlayıb.

Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »