Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toy karvanları ciddi təhlükəyə çevrilib: Çıxış yolu nədir...
Toy karvanları ciddi təhlükəyə çevrilib: Çıxış yolu nədir...

Sərt qapanmalardan sonra toyların keçirilməsinə icazə verildi. Bundan sonra Bakının “toy karvanı” problemi başladı. Uzun müddət toy etməyən vətəndaşlar sanki qapanmanın acığını toy karvanları ilə çıxırlar. Uzun-uzadı karvanlar, bu karvanlarda avtoxuliqanlıq halları və s. yollarda digər avtomobillərin də hərəkətinə mane olur. Bəzən toy karvanları uzun tıxaclara da səbəb olur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu gün Azərbaycanda toy karvanlarındakı avtomobillərin dəfələrlə qəzaya düşdüyünün və qəza şəraiti yaratdığının şahid oluruq.

Eldəniz Cəfərov Eldəniz Cəfər

“Günün pik saatlarında şəhərin küçələri ilə hərəkət edən toy karvanları tıxaca səbəb olur və qəza vəziyyəti yaradır. Yəqin elə buna görədir ki, toy karvanındakı avtomobillərin iştirakı ilə baş verən qəzaların sayı artmaqdadır”,- deyən ekspert vurğulayıb ki, strateji aeroport yolu sayılan Heydər Əliyev prospekti ilə hərəkət edən toy karvanları bir neçə zolağı tutmaqla və sürəti qəfil azaltmaqla qəza şəraiti yaradırlar.

Eyni zamanda bu hərəkətlər şosse yolunda tıxaca səbəb olur. Bu da öz növbəsində insanlarda narahatlıq və narazılıq oyadır: “Maşınların həddən artıq asta sürülməsi süni tıxacların yaranmasına səbəb olur. Həddən artıq asta hərəkət yolda ləngimələrə səbəb olur. Toylar axşam saatlarına, vətəndaşların işdən çıxdığı vaxta təsadüf etdiyindən vəziyyət daha da çətinləşir. Bu gün toyların atması ilə toy karvanlarına nəzarətin gücləndirilməsi də artıq aktuallaşıb”.

Ekspert qeyd edir ki, bəzi toy karvanları yol hərəkəti qaydalarına ümumiyyətlə, məhəl qoymur. Belə sürücülər anlamırlar ki, toy karvanı yolda hər hansı bir üstünlük vermir. Və yolda hər hansı bir qəfil hərəkət toyu yasa çevirə bilər. Bu səbəbdən də toy karvanlarına qarşı bəlkə də xüsusi tələblərin qoyulmasına ehtiyac var.

“Toy karvanında iştirak edən avtomobillər yolun hərəkət zolaqlarını tutur və yolayrıclarını necə gəldi keçirlər. Belə sürücülər yolun hərəkət hissəsini nizamsız şəkildə zəbt etməklə və qarşı yola çıxmaqla digər avtomobillərə təhlükə yaradırlar”,- deyə Eldəniz Cəfər əlavə edib.

Ekspert hesab edir ki, toy karvanında avtomobillərin sayı azaldılmalıdır. Bugünkü vəziyyətdə toy karvanı üçün avtomobil sayı minimum olmalıdır. Əgər kimsə öz toyunda 10 maşınla yola çıxacaqsa, təbii ki, hərəkəti məhdudlaşdıracaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »