Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...

Bəzən hövlanak yuxudan oyanıb ətrafa baxırıq, gördüyümüzün yuxu olduğuna sevinirik, bəzən isə, yuxunun ən gözəl, ən şirin yerində oyandığımıza peşman olub, yenidən yatıb yuxunun davamını görməyə çalışırıq.  Yuxularımız bizim xəbərçimizdir. Həyatımızda bizi nəyin gözlədiyini deyən xəbərçi.

Bu gün sizə yuxuda nar görməyin mənasını açıqlayacağıq:

Yuxuda nar görmək, bolluq və zənginlik rəmzidir.

Gənc qız, yuxuda turş nar yeyərsə, aşiq olacaq amma sevdiyi şəxs xeyirli biri olmayacaq.

Nar təmizlədiyini görən şəxs, çoxlu pul qazanar.

Yuxuda nar görmək, uzun müddətdir ki, görmədiyiniz bir dostunuzla qarşılaşacağlnıza işarədir.

Yuxuda turş nar yemək; haram arxasınca qaçacağınıza, cəsarətinizin qırılacağına və qapalı bir insan olacağınıza işarədir. Dənələri qırmızı turş nar, haram mal və kədərə işarədir.

Yuxuda yetişmiş narları yığdığını görmək, zəngin birindən sizə miras qalacağına işarədir.

Yuxuda şirin nar yemək, yığılmış var-dövlətə işarədir.

Yuxuda narqabığı yemək, sağalmaq mənasına gəlir.

Yuxuda nar görmək, gözəl qadına işarədir. Həyatınıza gözəl biri gələ bilər. Bütöv nar subay qadına, pis qoxulu nar isə əxlaqsız qadına işarədir.

Qırmızı dənəli şirin nar halal qızıla və dənələri ağ şirin nar isə gümüşə işarədir.

Yuxuda nar satdığını görmək, dünyanı axirətə dəyişmək deməkdir.

Yuxuda nar ağacını kəsmək, qohumlarla əlaqəni kəsmək deməkdir.

Bəzi yuxuyozanlara görə; yuxuda nar görən şəxs, varlı bir qadınla evlənər və yaxud əlinə külli miqdarda pul keçər.

Sağlam bir kişi yuxuda turş nar yeyirsə, xəstələnəcəyinin xəbərçisidir.

Yuxuda nar görmək, xeyirli sayılır. Evlilər üçün uşaq, subaylar üçün evlilik, pulu olmayanlar üçün pul deməkdir.

Yuxuda nar almaq, yuxu sahibinin keçmiş düşmənlərinin qarşısına çıxacağından xəbər verir. Keçmiş günahları qarşısına çıxacaq.

Yuxuda nar satmaq, işdən qovulmağa işarədir. Yuxu sahibi varlıdırsa, nar satmaq iflasa işarədir.

Yuxuda nar şirəsi görmək, varlanmaq və iş sahibi olmaq deməkdir. Yuxuda nar şirəsi içdiyini görən şəxs, vəzifəyə təyin ediləcək və ətrafında sözükeçən bir şəxs olacaq.

Nar çiçəyi, gözəl qadına və xeyirli övlada işarədir.

Nar, İslam dininin müqəddəs kitabında cənnət və dünya meyvəsi kimi təqdim edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »