Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aliment Fondu cəmiyyətə nə verəcək?
Aliment Fondu cəmiyyətə nə verəcək?

Uzun müddətdir ki, Azərbaycanda Aliment Fondu yaradılması məsələsi müzakirə edilir. Zaman-zaman bu məsələ ilə razılaşanlar və bunu qəbul etməyənlər olub. Amma əksəriyyət hesab edir ki, aliment fondunun yaradılması boşandıqdan sonra keçmiş həyat yoldaşına aliment ala bilməyən qadınlar üçün çıxış yolu olacaq. Belə ki, qadın, uşağı üçün alimenti dövlətdən alacaq. Buna fondun vəsaiti; boşanıb uşaqlarına aliment verməkdən boyun qaçıran, işsizliyi bəhanə edən kişilərdən toplanacaq. Aliment verməyib işsizliyi bəhanə edən kişi, müxtəlif işlərə yönləndiriləcək.

Bir neçə gün öncə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Aliment Fondu büdcəyə yük olmayacaq. Onun fikrincə, bu fond, uşaqların müdafiəsi baxımından da çox önəmlidir.

Bir müddət əvvəl ombudsman Səbinə Əliyeva, Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Qeyd edilmişdi ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondu) yaradılmalıdır. Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddəyə görə, hər ay uşağın saxlanılması üçün sabit vəsait ayrılmalıdır. Aliment ayrılması barədə razılıq olmadıqda, məhkəmə tərəfindən müəyyənləşdirilir. Belə ki, bir uşağa görə, qazancın və ya valideynlərin başqa gəlirlərnin 4/1 hissəsi, 2 uşağa görə 3/1 hissəsi, 3 və daha çox uşağa görə gəlirin yarısı miqdarında aliment tutulur. Bu vəsait, istisna hallarda məhkəmə tərəfindən artırıla və ya azaldıla bilər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində aliment fondları fəaliyyət göstərir. Azərbaycanda isə, uzun illər bu fondun yaradılması müzakitə edilsə də, hələ ki, konkret nəticə əldə edilməyib. Hələ ki, bütün müzakirələr kağız üstündədir.

Aliment Fondu cəmiyyətə nə verəcək?

Mütəxəssislərin fikrincə, aliment fondlarının yaradılması qadınlara rahatlıq, kişilərə isə məsuliyyət verəcək. Sosioloq Tərlan Əliyeva qeyd edir ki, bu fond yaradılsa, kişilər başa düşəcək ki, övladını saxlamağa borçludur. Yəni, o, aliment verməkdən heç bir halda imtina edə bilməyəcək. İmtina etsə belə, dövlət, bu məsələyə birbaşa nəzarət edəcək. Atanın işi olmadığı halda, işlə təmin ediləcək ki, o, alimenti ödəyə bilsin.

Ekspert, bu məsələnin gələcək illərdə reallaşacağını düşünür. Hesab edir ki, Aliment Fondu yaradıldıqdan sonra övladlarını tənha saxlayan analar, daha aliment üçün özlərini yormayacaqlar.

Qeyd edək ki, boşanmadan sonra qadınlar, daha çox aliment almaq üçün səy göstərirlər. Çünki çox zaman kişilər, övladlarına bu vəsaiti ödəməkdən imtina edirlər. Aliment ödəməkdən imtina etməyin isə müxtəlif səbəbləri var. Bəzi kişilər düşünür ki, qadını iqtisadi baxımdan sıxıntıya salsalar, evlilikləri bərpa oluna bilər. Hətta bəziləri, qadını bu üsulla cəzalandırmağa çalışırlar. Ancaq ümid edirik ki, aliment fondunun yaradılması laqeyd və biganə anaların sayını artırmayacaq. Onsuz da “dövlət ödəyəcək” deyib də, uşağına qarşı məsuliyyətlərini unutdurmayacaq. Bəli, dövlət alimenti ödəyə bilər. Amma övlad dünayaya gəlirsə, onu böyütmək hər bir valideynin borcudur. Xalq arasında belə deyirlər: “Baxa bilməyəcəksən, niyə dünyaya gətirirsən?”

Ümidvarıq ki, uşağına baxa bilməyən qadınların sayı, Aliment Fondu yarandıqdan sonra daha da artmaz.

İlahin Zaman, Bizimyol.info

Bu məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb

İstiqamət 6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »