Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrükçülərdən daha bir uğurlu əməliyyat
Gömrükçülərdən daha bir uğurlu əməliyyat

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsi cəhdinin qarşısını alıblar.

Gömrükçülərdən daha bir uğurlu əməliyyat

Belə ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Dubay - Bakı aviareysi ilə gələn, Azərbaycan Respublikası vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib. Vətəndaşa məxsus yüklər monitordan keçdikdən sonra, təkrar baxış üçün yoxlama otağına dəvət edilib. Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki balıq yağları dənəciklərinin arasından, kiçik plastik qabdan və siqaret qutusundan gömrük nəzarətindən gizlədilən, ümumilikdə 0,07 qram narkotik vasitə - qurudulmuş marixuana, 0.262 qram narkotik vasitə - kokain, 0.0001 qram psixotrop maddə - lizerqid (LSD), 0,3 qram narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Gömrükçülərdən daha bir uğurlu əməliyyat

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »