Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Putinlə Bayden Ukrayna məsələsini müzakirə edəcəklər
Lavrov: Putinlə Bayden Ukrayna məsələsini müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasında gözlənilən görüşdə Ukrayna məsələsinin müzakirə ediləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Prezidentlərimiz arasında növbəti görüşün onun vaxtı və digər parametrləri müzakirə olunur. Şübhəsiz ki, dövlət başçıları arasındakı müzakirələrdə Ukrayna mövzusu bu və ya digər şəkildə ortaya çıxacaq", - deyə Lavrov bildirib.

Bir gün əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Putin və Bayden arasında görüşə hazırlıq barədə məlumat vermişdi.

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında bu il yeni görüşün baş tuta biləcəyini bildirmişdi.

Putin və Bayden arasında ilk görüş iyunun 16-da Cenevrədə Villa La Qranjda baş tutub - liderlər üç saatdan çox danışıblar. Görüşdən sonra Rusiya lideri danışıqların yaxşı keçdiyini bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »