Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lotereyada 4 il ardıcıl eyni rəqəmləri yazdı və 390 min dollar qazandı
Lotereyada 4 il ardıcıl eyni rəqəmləri yazdı və 390 min dollar qazandı

ABŞ-ın Viskonsin ştatının sakini lotereyada böyük uğur qazanıb. Qrand Vyuda yaşayan Kertis Olson 390 min dollar əldə edib. 62 yaşlı amerikalı uğur qazanmaq üçün lotereyada 4 il ardıcıl eyni rəqəmləri yazıb.

Bizimyol.info xəbər verir ki, Kertis Olson bu dəfə biletləri Miçiqan ştatında olanda alıb. Yazdığı ənənəvi rəqəmləri elanda görəndə gözlərinə inanmayıb.

“Donub qalmışdım. Həyat yoldaşımla xoşbəxtlikdən göyün yeddinci qatındayıq”.

Cekpot qazanan amerikalı uzun müddət hər il 25 min dollar götürməkdən imtina edib. O, verilən birbaşa məbləğlə kifayətlənib. Buna görə də Olsonun payına 390 min dollar düşüb.

Viskonsin sakini pulu ağılla xərcləyəcəyinə söz verib. O, əvvəlcə bir çox borclarını ödəyəcək. Bundan sonra isə həyat şəraitini yaxşılaşdırmaq haqqında düşünür.

“Belə uduş istər-istəməz insanın həyatını dəyişir. Daha maşın sıradan çıxanda haradan pul tapmaq haqqında fikirləşməyəcəyəm”.

Bir neçə ay əvvəl Missuri ştatının sakinlərindən biri böyük uduş əldə etmişdi. Həmin şəxs də ənənəvi rəqəmlərə güvənməyin xeyrini görmüşdü.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »