Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
200 ölümün qarşısını alıb - Fərqli qəhrəman
200 ölümün qarşısını alıb - Fərqli qəhrəman

ABŞ-ın Kaliforniya ştatının şimalında yerləşən, San-Fransisko şəhərinin simvolu olan Qızıl Qapı Körpüsünün açılışı 1937-ci ildə olub. Bu körpü, istifadəyə verildiyi tarixdən bu yana təxminən 1600 nəfərin intiharına şahid olub.

Bizimyol.info xəbər verir ki, hətta bir dövr olub ki, insanların intaharları durmadan artıb və ölümlərin qarşısını almaq üçün müxtəlif qurumlar yaradılıb, maarifləndirmə layihələri həyata keçirilib, intiharlar sənədli filmlərin əsas mövzusuna çevrilib və s.

San-Fransiskoda intihar hadisələrinin sayını azaltmaq üçün bir çox yollara əl atılıb və sonda “Qızıl Qapı Mühafizəsi” adı verilən bir sistem yaradılıb. Bu körpünün mühafizəsində durmaq isə zabit Kevin Briggsə tapşırılıb. O, 23 illik karyerası ərzində 200-dən çox intiharın qarşısını alıb, bir çox insanın yenidən həyata bağlanmasına kömək edib.

Karyerasında saysız-hesabsız insanı xilas etmək üçün səy göstərən polis məmuru bildirir ki, indi də həmin şəxslərlə sıx münasibətdədir və həyatını xilas etdiyi insanlar hər zaman onu xatırlayır, diqqətdə saxlayırlar.

Leyla, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »