Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Taliban” Əfqanıstanda qadınlara daha bir qadağa qoydu
“Taliban” Əfqanıstanda qadınlara daha bir qadağa qoydu

Əfqanıstanda “Taliban”ın hakimiyyətə qayıtması qadınların həyatını xeyli ağırlaşdırıb. Onlar hüquqları çox məhdudlaşdırılıb. Qadınlara kişi yaxını olmadan küçəyə çıxmaq yasaq edilib. “Taliban” qadağaların sayını artırmaqda israrlıdır.

Bizimyol.info xəbər verir ki, Əfqanıstanda hakimiyyət daha bir yasaq elanı verib. “Taliban” qadınların serialda oynamasına icazə verməmək qərarına gəlib. Hətta əcnəbi qadınlar da yerli ekran nümunələrində rol ala bilməyəcək. Onlara hər hansı şəkildə rol verilsə belə, həmin seriallar telekanallarda görünməyəcək.

Ümumiyyətlə, “Taliban” xarici filmlərin nümayişinə isti yanaşmır. Bu sektorda ciddi senzura başlayıb. Qaydalar sərtləşdirilir. Film epizodlarında kişi bədəninin hətta kiçik bir hissəsi də göstərilməyəcək.

Əfqanıstana gəlmiş əcnəbi qadın jurnalistlərə də nəzarət olunur. Onları başını örtməyə məcbur edilir.

Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »