Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Noyabrın 23-nə olan hava proqnozu
Noyabrın 23-nə olan hava proqnozu

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti,Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında gava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.

Noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər
Bütün xəbərlər »